adalet.az header logo
  • Bakı 11°C
10 Fevral 2019 16:09
21645
MARAQLI
A- A+

Almaniya sakini lotereyada 63,2 milyon avro uddu

Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini "Eurojackpot" lotereyasında 63,2 milyon avro udub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə lotereya şirkəti məlumat yayıb. Lakin qalibin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, "Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.