Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Çaylarda suyun səviyyəsi dəyişib Adalet.az | Çaylarda suyun səviyyəsi dəyişib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Çaylarda suyun səviyyəsi dəyişib

2416    |   2019-02-10 15:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə üzrə çaylarda suyun səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.

Tranzit çaylarda son vəziyyətə gəlincə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 125 kub/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 195 kub/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 64 kub/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 43 kub/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Bankə və Salyanda 1 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 419 sm (2018-ci il fevralın 08-də 360 sm), Şirvanda 301 sm (2018-ci il fevralın 08-də 233 sm), Salyanda 266 (2018-ci il fevralın 08-də 199 sm), Bankədə 235 sm (2018-ci il fevralın 08-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2018-ci il fevralın 08-də 105 sm) təşkil edir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-17
2019-02-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK