adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2019 15:11
16640
DÜNYA
A- A+

Şahzadə sürücülük vəsiqəsindən imtina edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, 97 yaşlı şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib.

Bakinqam sarayının yaydığı məlumata görə, şahzadə könüllü şəkildə vəsiqədən imtina edib.

Qeyd edək ki, şahzadə Filip yanvar ayında avtomobil qəzasına düşüb və qəza zamanı xəsarət almayıb. Polis tərəfindən aparılan araşdırmalar zamanı şahzadənin təhlükəsizlik kəmərindən istifadə etmədiyi ortaya çıxmışdı.