adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Fevral 2019 12:18
15143
DÜNYA
A- A+

Fransadakı etirazlarda 51 mindən çox şəxs iştirak edib

Bu gün Fransada "sarı jiletlər"in etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib.

Adalet.az xəbər verir ki, Fransa DİN-in yaydığı məlumata əsasən, şənbə günü 51,4 min insan Fransadakı etiraz aksiyalarına qatılıb, onlardan 4 mini Parisdə toplaşıb.

Sayca 13-cü olan aksiya səhər saatlarında Parisdə Zəfər tağından başlayıb. Daha sonra etirazçılar Fransanını Milli Məclisi tərəfinə istiqamətləniblər, orada aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verib. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.