Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Azərbaycan və Türk diasporunun əməkdaşlığına dair konkret təkliflər hazırlanıb Adalet.az | Azərbaycan və Türk diasporunun əməkdaşlığına dair konkret təkliflər hazırlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan və Türk diasporunun əməkdaşlığına dair konkret təkliflər hazırlanıb

3359    |   2019-02-09 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) arasında birgə İşçi qrupun ilk iclası keçirilib.

İclasda 2018-ci ilin noyabrnda Ankarada Dövlət Komitəsi ilə YTB arasında əməkdaşlığa dair imzalanmış Memorandumdan irəli gələn məsələlər müzakirə olunub, konkret təkliflər səsləndirilib və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan və Türk diasporunun uzun illərdir əməkdaşlıq etdiyini deyən DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli Dövlət Komitəsi ilə YTB-nin birgə fəaliyyəti nəticəsində bu işbirliyinin daha da güclənəcəyini vurğulayıb. Qeyd edib ki, bu, erməni yalanlarına qarşı mübarizə aparmaq məqsədilə beynəxalq müstəvidə Azərbaycan və Türk cəmiyyətləri arasında koordinasiyanı gücləndirəcək.

YTB-nın sədr müavini Abdulhadi Turus isə təmsil etdiyi qurumun gənclərlə iş təcrübəsindən danışaraq, Türkiyədə təhsil alan əcnəbi və xaricdə oxuyan türk tələbələrin təqaüdlə təmin olunması, onların arasında koordinasiyanın qurulması işindən bəhs edib. Bundan başqa, o, xaricdəki istedadlı türk gənclərə Türkiyə dövləti tərəfindən dəstək göstərildiyini, xaircdəki türklərə yaşadıqları ölkədə onların hüquq və azadlıqları ilə bağlı təlim proqramının həyata keçirildiyini qeyd edib. A.Turus bu və digər layihələr çərçivəsində Azərbaycan diasporu ilə əməkdaşlığın daha səmərəli olacağını deyib.

Görüşdə qondarma erməni soyqırımı, Xocalı faciəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə layihələr, Azərbaycan və Türk diasporlarının ayrıseçkilik, irqçilik və islamofobiyaya qarşı birlikdə mübarizə aparmaq məqsədilə akademik səviyyədə fəaliyyət planının hazırlanması, ortaq mədəni dəyərləri qorumaq və sosial-iqtisadi səviyyəsini artırmaq məqsədilə müştərək mədəni sosial, iqtisadi layihələrin həyata keçirilməsi müzakirə olunub.

İclasda bu ilin noyabrında Türkiyədə keçiriləcək Türk Diaspor Forumu çərçivəsində azərbaycanlı və türk iş adamlarının biznes forumunun təşkili, dünyadakı Azərbaycan və Türk icmasının digər xalqların diasporu ilə əlaqələrini gücləndirilməsi, bir sıra ölkələrdə yerli idarəetmə orqanlarına seçkilər zamanı ortaq namizədlərin müəyyən edilməsi ilə bağlı konkret addımların atılması, xaricdəki azərbaycanlı və türk gənclərin forumunun təşkil olunması və digər təkliflər səsləndirilib. Müzakirə olunan məsələlərlə bağlı İşçi qrup tərəfindən yaxın vaxtlarda fəaliyyət planının hazırlanması və icrası ilə bağlı razılığa gəlinib.

İclasdan sonra qonaqlar DİDK-nın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə şöbələrdə əməkdaşlarla görüşüb. Onlara hər bir şöbənin fəaliyyəti, gördüyü işlər haqqında məlumat verilib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, YTB nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramınının açılışında və Türk Şurasının Təmas qrupunun 5-ci iclasında iştiak etmək məqsədilə Bakıya gəlib.




İmza:

Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb

“Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələdədir” - Pərviz Şahbazov

Dövlət başçısı litvalı həmkarını təbrik etdi

Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisin iclasına çıxarılır

Türkiyəli nazir Azərbaycana gələcək

Xaricdə yaşayan azərbaycanlılarla bağlı vacib xəbər - Diaspor Komitəsi “ASAN xidmət”lə sənəd imzaladı

Milli Məclis 27 məsələyə görə iclas ÇAĞIRDI

Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlıq müzakirə edildi

Qarabağ mitinqi 16 martda olacaq - AÇIQLAMA

Kamaləddin Qafarov: Davamlı, uğurlu islahatlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir

Deputatlarımız Avstraliyaya gedir

Əli Hüseynli: Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır

SON XƏBƏRLƏR
2019-02-17
2019-02-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK