viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 85 Adalet.az | AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 85 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 85

5027    |   2019-02-09 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Yazıçılar Birliyinin tarixi müəyyən mənada elə XX əsr Azərbaycan ədəbiyyatının tarixi deməkdir...

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

1917-1920-ci illər isə Azərbaycanın, xüsusilə Bakının, ən çətin, mürəkkəb, qatmaqarışıq bir dövrü idi. Ölkədə baş verən hadisə və olaylar bədii söz sənətindən də yan keçmirdi. Bir tərəfdən bolşevizmin şüurlara hakim kəsilməsi, digər tərəfdən, milli istiqlal hərəkatı...Rüsvayçılığa məhkum olunmuş Bakı Kommunası ...sonra Azərbaycan Demokratik Respublikası. Ermənilərin kütləvi qırğın törətmələri... Nəhayət, qəsbkar Qızıl Ordunun Bakıya daxil olması. Amma belə çətin və mürəkkəb şəraitdə də yazıçılar bir araya gələ bilirdilər. Həmin illərdə bir qrup jurnalist və yazıçı "Qırmızı qələm cəmiyyəti"ndə, bir qismi isə "Ədəb yurdu" və "Yaşıl qələm" dərnəklərində birləşdilər. Adı çəkilən dərnəklərə tanınmış tənqidçi və mühərrir Seyid Hüseyn rəhbərlik edirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tədricən yazıçıların təşkilatlanması prosesi başlandı. Məlum idi ki, bolşevik ideologiyası yeni quruluşun təbliğ olunmasında, ədəbiyyat prosesin ümumproletar işinin tərkib hissəsinə çevrilməsində inadlı idi. V.İ.Lenin hələ 1905-ci ildə yazmışdı ki: "Ədəbiyyat partiyalı olmalıdır" Bu siyasət inqilabın ilk illərində Rusiyada və onun bolşevikləşdirdiyi bütün respublikalarda həyata keçirilməyə başlandı.
Azərbaycana gəldikdə isə... gəlin, bu prosesi xronoloji şəkildə izləyək.
17 avqust 1923. Bir qrup yazıçının bütün Azərbaycan yazıçılarına müraciəti çap olunur. Müraciətdə yazıçılar ittifaqı yaratmaq məsələsi irəli sürülür
30 mart 1925. "Ədəbiyyat cəmiyyəti" təşkil edilmişdir. "Ədəbiyyat cəmiyyəti"nin qayəsi "əski və yeni Azərbaycan ədəbiyyatını tədqiq, xalq ədəbiyyatının yaxşı ənənələrini müasir ədəbiyyatımıza gətirmək, ədəbi tənqidi genişləndirmək, gənc ədəbi qüvvələri sənət və bədiiyyatın incəlikləri ilə tanış etmək, Şərq və Qərb ədəbiyyat cəmiyyətləri ilə daimi əlaqə saxlamaqdır".
Dekabr 1925. Gənc yazıçılar "Kommunist" qəzeti ətrafında birləşərək "Gənc qızıl qələmlər cəmiyyəti"ni təşkil edirlər. "Gənc qızıl qələmlər" cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi.
30 noyabr 1926. "Gənc qızıl qələmlər" təşkilatı "Ədəbiyyat cəmiyyəti"ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət "Qızıl qələmlər ittifaqı" adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə "Qızıl qələmlər ittifaqı"nın şöbələri açıldı. 1927-ci ildən "Maarif və mədəniyyət" jurnalı "Qızıl qələmlər ittifaqı"nın orqanı oldu.
Fevral 1927. Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları "Qızıl qələmlər" ədəbiyyat cəmiyyətində birləşdirilir. 13-16 yanvar 1928. Azərbaycan proletar yazıçılarının I qurultayı keçirilir. S.Rüstəm, M.Yurin və T.Hüseynov qurultayda məruzə etmişlər. Qurultaydan sonra Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti (APYC) rəsmi fəaliyyətə başlayır. Bəzi nöqsanlarına baxmayaraq, bu cəmiyyət yaşlı və gənc yazarları öz ətrafına toplaya bilir.
20-27 oktyabr 1929. Azərbaycan proletar yazıçılarının II qurultayı keçirilir. Qurultay beşillik plan ilə əlaqədar olaraq yazıçıların üzərinə düşən vəzifələri müzakirə edir, ədəbiyyatda əmələ gələn bəzi zərərli təmayüllərlə mübarizə məsələsi də müzakirə hədəfinə çevrilir. Qərbi Avropa yazıçıları: Bella İlleş, İohannes Bexer, Mate Zalka, Lüdviq Renn də qurultayın işində iştirak edirlər. 
Otuzuncu illərdən başlayaraq, SSRİ-nin hər bir respublikasında Proletar Yazıçıları Cəmiyyətinin yenidən qurulması və onu bütünlüklə sosializm ədəbiyyatı relsinə keçirmək üçün mühüm işlər görülür. "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərardan (1932) sonra bütün respublikalarda Proletar Yazıçıları Cəmiyyəti ləğv edilir. APYC katibliyi ləğv edildikdən sonra Azərbaycan Sovet Yazıçıları İttifaqının Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsi birinci qurultaya hazırlıq işlərinə, yaradıcılıq müzakirələrinə başlayır. Əlbəttə, bu prosesə başlamaq əmri yuxarıdan - Moskvadan gəlirdi. Çünki Moskvada A.M.Qorkinin fəxri sədrliyi ilə Ümumittifaq Təşkilat Komitəsi yaradılmışdı. Burada SSRİ Yazıçılar İttifaqının I qurultayına geniş hazırlıq görülür və ayrı-ayrı milli respublikalara hazırlıq işlərini yoxlamaq üçün kiçik briqadalar göndərilirdi.
Nəhayət, bir məsələni də qeyd edək. Oktyabr inqilabmdan sonra yaranan və yeni quruluşun nailiyyətlərini tərənnüm edən, xalq kütlələrini kommunist ruhunda tərbiyə edən ədəbiyyatın metodunu, yaradıcılıq prinsipini dəqiq müəyyənləşdirmək, ona ad vermək lazım idi. Bu sahədə rus yazıçıları xeyli baş sındırmalı oldular.
V.Bryusov və A.Voronski "neorealizm", V.Mayakovski "tendensiyalı realizm", A.Tolstoy "monumental realizm", F.Qladkov və Y.Libedinski "proletar realizmi", A.Lunaçarski "ictimai realizm", E.Katsman "qəhrəmanlıq realizmi" kimi terminlərə müraciət etdilər. Ancaq ən doğru terminin müəllifi M.Qorki oldu. 1932-ci ildə o, təklif etdi ki, gəlin bu metodu "sosialist realizmi" adlandıraq. Belə də oldu və mübahisələrə son qoyuldu.
Sovet yazıçılarının birinci qurultayı isə 1934-cü il 17 avqust-1 sentyabrda keçirildi. Qorki qurultayda Sovet ədəbiyyatının vəzifələri haqqında məruzə etdi. Qurultayda Azərbaycandan M.K.Ələkbərli Azərbaycan ədəbiyyatı haqqında məruzə etdi, C.Cabbarlı, M.Rəfıli və Ə.Nazim də çıxış etdilər.
İndi isə bir az əvvələ, 1934-cü ilin iyun ayına qayıdaq. İyunun 13-də Azərbaycan yazıçılarının I qurultayı keçirilir. Hacıbaba Nəzərli "Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin fəaliyyəti haqqında" məruzə ilə çıxış edir. Beləliklə, həmin gündən Azərbaycan Sovet Yazıçılar İttifaqı rəsmən fəaliyyətə başlayır. Bu, Azərbaycan mədəniyyəti tarixində önəmli hadisələrdən biri kimi qiymətləndirilməlidir.Təbii ki, belə bir təşkilatın yaradılması Kommunist partiyasının ideoloji siyasəti ilə bağlı idi, ədəbiyyat sosializm realizmi prinsipləri ilə hərəkət etməliydi. Azərbaycan sovet ədəbiyyatı da sosializm realizmi yaradıcılıq metodunun prinsiplərini, partiyanın bədii ədəbiyyat haqqında qərarlarından irəli gələn müddəaları əsas tutdu və bu gün 70 il ərzində yaradılan onlarla, yüzlərlə əsərləri nəzərdən keçirərkən, bəziləri kimi, qətiyyən təəssüf hissi keçirmirik. Əvvəla, Lenini, partiyanı, Stalini, Oktyabr inqilabını tərənnüm edən şeirlərin, poemaların böyük bir qismi şair ilhamının, qəlbin istəyinin məhsulu deyildi. İkincisi, hər bir ədəbi əsər yarandığı zamanın əhval-ruhiyyəsini, ictimai-siyasi ovqatını əks etdirirsə və sovet dövründə yazılan əsərlərdə də bu ovqat əks olunursa, üstündən illər keçəndən sonra onları niyə inkar etməliyik? Burada Anarın bir fıkrini xatırlayıram: "Mənə elə gəlir ki, sovet ədəbiyyatı deyilən bir şey çox şəxsi bir termindir. Yəni, sovet ədəbiyyatı əgər sovet dövründə yaranan bütün ədəbiyyata aid olarsa, mən bunu termin kimi qəbul etmirəm ...çünki, tutalım, Rusiyanı götürsəniz, görərsiniz ki, sovet dövründə Pastemak da yazıb-yaradıb, Soljenitsin də, Bulqakov da, Yesenin də yazıb-yaradıb. Bunların heç birini sovet ədəbiyyatına aid etmək olmaz".
. Yazıçılar İttifaqı yarandı və o, öz tarixinin başlanğıc illərində böyük bir bəla ilə üzləşdi. Bu qorxunc bəlanın adı Repressiya idi.
Çox-çox sonralar sovet ədəbiyyatını, onun görkəmli nümayəndələrini "ifşa" edən məqalələr çap olundu, hətta Azərbaycan Yazıçılar İttifaqı bir təşkilat kimi ağır ittihamlarla suçlandırıldı. Amma unudulur ki, Azərbaycan Yazıçılar İttifaqı təkcə rəsmi bir qurum, təşkilat və birlik deyil, həm də bütün yazıçıların üz tutduğu, pənah gətirdiyi, hətta sığındığı müqəddəs bir ocaqdır və bu ocaqda qara günlər də olub, xoş, fərəhli anlar da. Vaxt olub ki, bu ocağın odunu söndürmək istəyiblər, bu ocağın ətrafından işıqlı insanları Bayıl həbsxanasının nəmli otaqlarına, oradan Sibirin soyuq, şaxtalı baraklarına çəkib aparıblar, amma ocaq sönməyib, yenə şölələnib.
Mən öncə bu ocağm, bu sənət məbədinin başmda duran Şəxsiyyətləri xatırlamaq istəyirəm.
Repressiya qurbanı olmuş - biri güllələnən (M.Ələkbərli), digəri isə on yeddi il sürgündə yatandan sonra bəraət qazanan (S.Şamilov) iki sədr haqqında söz açdım. Repressiyadan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş şəxslər bunlardır: Rəsul Rza (1938-1939), Süleyman Rəhimov (1939-1940, 1944-1945, 1954-1958), Səməd Vurğun (1941-1944, 1945-1948), Mirzə İbrahimov (1948-1954, 1965-1975, 1981-1986), Mehdi Hüseyn (1958-1965), İmran Qasımov (1975-1981), İsmayıl Şıxlı (1986-1987). Qeyd edək ki, Yazıçılar İttifaqının rəhbəri, eyni zamanda, SSRİ Yazıçılar İttifaqının katibi vəzifəsini də daşıyırdı.
1987-ci ildə Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçildi
Öncə qeyd etdik ki, Azərbaycan Yazıçılar Birliyinin 85 illik tarixi, əslində, Azərbaycan ədəbiyyatının 85 illik tarixi deməkdir. Mən bir ədəbiyyatşünas marağı ilə müxtəlif qəzet və jurnal səhifələrindən, ayrı-ayn elmi-publisistik əsərlərdən, yazıçıların xatirələrindən çıxış edib deyə bilərəm ki, 1934-cü ildən bu günə kimi Yazıçılar Birliyi həmişə ədəbi həyatımızın ən qaynar nöqtəsi olmuşdur, onu Azərbaycan yazıçılarının Baş Ştabı da adlandırmaq olar. Çox güman ki, yubiley münasibətilə Yazıçılar Birliyinin keçdiyi yol qalın cildlı bir salnamədə öz əksini tapacaq. 85 il ərzində Yazıçılar ittifaqında, həmçinin, Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında, sənaye müəssisələrində.

(ardı gələn şənbə sayımızda)



İmza:

YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-08-24
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK