Qəzetələrdə oxudum ki, 176 min dollar pul xərcləyib xaricdən bir sürü eşşək almışıq. Və təxminən hər eşşəyin qiyməti də düşür 5600 dollara. Hətta iki dənə "asobu" eşşək almışıq ki, onların da hər birinin qiyməti 41 min dollar. Alınanların hamısına eşşək deməyək, xətirlərinə dəyər, çünki aralarında qatır da var.
Qatıra dedilər kimin oğlusan, demədi eşşəyin oğluyam, dedi:
- Atın bacısı oğluyam.
Eh, indi atın bacısı oğlanları at oynadır.
Bəli, müxalif qəzetlər hamısı xaricdən eşşək almağımıza hirslənirlər.
Eşşək qədər dünyada maraqlı heyvan yoxdu. Dünyanın ən böyük yazıçıları belə eşşəklər haqqında gözəl-gözəl yazılar yazıblar. Ulu Mirzə Cəlil Məmmədhəsən əminin eşşəyini elə obrazlaşdırıb ki! Və tarixə salıb.
Teymurləng döyuş zamanı əmr edibmiş ki, eşşəkləri və alimləri ən təhlükəsiz yerlərə çəksinlər. Görün eşşək nə deməkmiş ki, Teymurləng onları sevdiyi alimlər qədər qoruyurmuş.
Türk musiqisinin günəşi Barış Mançonun ən gözəl şarkısı da eşşəyə həsr olunub:
Arkadaşım eş,
Arkadaşım şək,
Arkadaşım eşşək,
Arkadaşım eşşək...
O boyda sənətkar eşşəyə arkadaşım deyir.
Nazim Hikmət yazır ki, dünyada ən gözəl gözlər eşşəkdədi. Əvvəllər insanlar dəvə balasının, yəni köşəyin gözlərini dünyanın ən gözəl gözləri sayırdılar. Amma Nazim sübut elədi ki, göz eşşəkdədi - dupduru, təmiz, mənalı. Eşşək o dupduru, təmiz gözləri ilə insana elə baxır ki, sanki insanlara yazığı gəlir ki, niyə bunlar eşşək deyil.
Yadıma bir lətifə düşdü. Ağdamın Abdal-Gülablı kəndində Qarmonçalan Şakir adlı birisi vardı. Arvadı atasına gileylənir ki, dərədən səhənglə su daşımaqdan çiynim mazol olub. Qayınatası Şakirə deyir:
- A bala, bu boyda kənddə eşşək yoxdu?
Şakir də deyir:
- Niyə, birini də sizin kənddən gətirmişəm.
Yorulmasam Şakirdən eşşəklə bağlı bir lətifə də deyəcəm.
Əziz Nesinin ən gözəl romanlarından biri "Taxtalıköydən məktublar"ın qəhrəmanı da eşşəkdi. Ümumiyyətlə, Əziz Nesinin eşşək haqqında yazıları çoxdu.
Əvvəllər maraqlı kitab vardı: "Qızıl yüklü eşşək". Yəni eşşək mifologiyamızda da var, folklorumuzda da var, yazılı ədəbiyyatımızda da istədiyimiz qədər.
Müxalif qəzetlər bu eşşəyin əleyhinə niyə gedirlər, başa düşmürəm.
Eşşəklərin müharibədə də böyük xidmətlərinin şahidi olmuşam. Ermənilərin basdırdıqları minaları bizim uşaqlar eşşəklərlə təmizləyirdilər. Eşşəkləri buraxırdılar, çox qəribədir ki, eşşək gedib çıxırdı düz minanın üstünə. Minanı partladırdı. O vaxt bu hadisənin şahidi olandan sonra gəldim "Ədalət"də əsəbi bir yazı yazdım. Qaçıb analarının tumanı altında, dayılarının qoltuğu altında gizlənənlərə üzümü tutub dedim ki, hətta eşşək qədər də qeyrətiniz yoxdu, eşşəklər də bu torpaq uğrunda vuruşur.
Yeri gəlmişkən. Bu dəqiqə Türkiyədə Suriya ilə sərhəd boyu ərazidəki minaların təmizlənməsi Türkiyənin özü boyda bir problemə çevrilib. Parlamentdə qırğındı, söyüşün biri bir qəpik. Türk qardaşlarımıza məsləhət görə bilərik ki, eşşəklər mina təmizləməyin ustasıdılar, maşallah, Türkiyədə də eşşəyin sayı göydə ulduzların sayı qədərdi.
Eşşək dünyada ən dözümlü, ən səbrli, ən qənaətcil heyvandı. Ümumiyyətlə, eşşəyə heyvan deməyə adamın dili gəlmir. Eşşək hətta saatı da bilir. Kənd yerlərində saatı olmayanlar eşşəyin anqırmasıyla işlərini qururlar. Bilirlər ki, hər yarım saatdan bir eşşək anqıracaq. Kosmosa uçuruq, amma elm eşşəyin niyə yarım saatdan bir anqırmasının sirrini aça bilmir.
Eşşəklərin ən böyük düşməni Xruşşov olub. Mən uşaq idim, yadıma düşür. Xruşşov bir qərar vermişdi ki, eşşəyə görə vergi tutulsun. Vergi eşşəyin özündən baha olduğuna görə camaat öz eşşəklərini buraxmışdı çöllərə, sahib çıxmırdılar. Elə eşşəklərin kökü o vaxtdan kəsilməyə başladı. İndi ona görə ölkəmizdə eşşək qıtlığıdı. Məcbur olub 5600 dollara ordan-burdan alırıq. Yəni belə bir heyvanın kökünün kəsilməsi faciədi.
Yadıma bir bayatı düşdü. Biz tələbə olandaydı.
Ay zaman, zamana,
Oxu qoydum kamana.
Eşşəklər arpa yeyir,
At həsrətdi samana.
Bəli, eşşəklər arpa yeyir, atlar samana həsrətdi. Sovet hökuməti vaxtı ey, indi yox. Özü də 5600 dollara alınan eşşəyə arpa yedizdirmək olar? Ona mütləq kişmiş yedizdirmək lazımdı. Hələ 41 min dollara alınanı demirəm. Ona kişmiş də yedirtmək günahdı, ona kürü yedirtmək lazımdı. Siz Allah, heç eşşəyin su içməyini görmüsüz? Dünyada eşşək qədər incə su içən məxluq yoxdu.
Və çox maraqlıdı ki, eşşəklərin hamısı qara olur, ya da qaranın çaları boz. Amma o günləri kəndə gedirdim, yolda iki dənə ağ eşşək gördüm. Məəttəl qaldım. Sonra xeyli güldüm. Yadıma düşdü ki, ABŞ-da Obamanın partiyasının emblemi eşşəkdi (eşşəyin "vesinə" bax ey).
Dedim yəqin qara Obamanın prezident seçilməsi eşşəklərə düşüb, ağarmağa başlayıblar.
Həsənqulu telefon açmışdı:
- Aqil müəllim, qəzetdə oxudum ki, qırx bir min dollara eşşək almışıq. O qədər sevindim ki, qəzeti soxdum Fatmanisənin gözünə ki, di ala. Çünki arvad hər dəfə maa hirslənəndə deyir ki, ay eşşək oğlu eşşək, niyə ölüb o gül kimi Qarabağda qalmadıq. Mən də qəzeti soxdum arvadın gözünə ki, aaz, mənim qiymətimi ucuz bilirdin ey, eşşəyin biri qırx bir min dollardı , sənin nəslini bazara çıxarsam heç beş min dollar verən olmaz.
Çox adam bilmir, bir ifadəni də açıqlayım: "Filankəs eşşəyin qurd dayısıdı". Bunu da elm aça bilmir ki, eşşək qurdu görən kimi niyə oynaya-oynaya onun üstünə qaçır? Xalq bunu belə izah edir ki, eşşək qurdu dayısı sayır, ona görə də onu görən kimi "dayım gəldi, dayım gəldi" deyə-deyə qaçır üstünə. Camaatın dayısı bacısı oğluna maşın alanda, vəzifə verəndə, eşşəyin də dayısı onu parçalayır. Yazığınkı dayı sarıdan gətirmir. Dayı sarıdan qatırınkı gətirib. Hələ qatır məsələsinə sonra keçəcəyik, hələ mövzumuz eşşəkdi və eşşəklərdi.
Cavan vaxtı bir hekayə yazmışdım. Hekayədə belə bir yer vardı. Kənddə kino çəkirlər, amma rejissor nə qədər eləyir aktyoru eşşəyin belində oturda bilmir, aktyor yıxılır. Bir naxırçı da kənardan müşahidə edir. Yaxınlaşıb rejissordan soruşur:
- Ay qardaş, o boyda şəhərdə eşşək tapılmır ki, bunlara minməyi öyrədəsiniz.
Rejissor:
- Niyə, dayı, şəhər doludu eşşəklə, amma o eşşəkləri minmək olmur, eşşəklər bizi minir.
Bu müxaliflər eşşək almağımıza lağ eləyirlər, amma özləri hakimiyyətdə olanda od qiymətinə Türkmənistandan 60 dənə dəvə almışdılar. 3-4 aydan sonra mayalanma vaxtı məlum olmuşdu ki, dəvələrin hamısı dişidi, içində bir dənə erkəyi yoxdu. Mən də o vaxt "Ədalət"də yazmışdım ki...
Ardı qalsın sonraya.
Bu "Kurtlar vadisi" bizi yoldan çıxarıb ey, serial yazmağa başlamışıq...