adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Fevral 2019 18:14
8654
MƏMLƏKƏT
A- A+

Yol tikintisinə 3,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev fevralın 8-də "İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.