adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Fevral 2019 17:20
25203
HÜQUQ
A- A+

Bakıda taksi sürücüsünü bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlamaqda təqsirləndirilən İman Əsədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yanvar ayında Bakının Yasamal rayonunda İ.Əsədli 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu ilə Mətbuat prospektində "Tri Korona" kimi tanınan binanın qarşısında əlbəyaxa dava edib. Bu zaman o, F.Süleymanovun boyun və bədən nahiyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İ.Əsədli Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb