viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Allah rüşvət götürmür - (hekayə) Adalet.az | Allah rüşvət götürmür - (hekayə) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Allah rüşvət götürmür - (hekayə)

Qəşəm İsabəyli

12703    |   2019-02-08 15:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1.

Bir həftə olardı ki, can üstündəydi. Gəl ki, ölə bilmirdi.

–Gözləməsi var bəlkə? – Deyirdilər.

–Oğlu-qızı, nəvə-nəticəsi hamısı başının üstündə... Ana yox, ata yox... kimi gözləyəcək?!

–Allahın böyüklüyünə şükür!

O, vəzifədə işləmişdi, var-dövlət yığmışdı, yaxşı yaşamışdı, amma dırnağından darı sızmazdı –bir adama əl tutduğu, bir yetimi sevindirdiyi olmamışdı. Hətta dostu-aşnası, qonaq-qarası da... yoxdu deyərdin. Naharı, şamı bağlı qapı arxasında keçərdi. Bir adama pisliyi də dəyməmişdi. Fəzifə adamı üçün bu, az şərt deyildi.

İndi isə yaş yetirib, ömür tükənib, gözləri tavana zillənib... – ölə bilmirdi.

İki il vardı, həyətə düşüb-çıxmağından başqa ayrı hərəkət bilməzdi. Evə girən kimi də yanını verirdi yerə – ya televizora baxırdı, ya da mürgüləyirdi. Bir ay olardı ki... saatlarla gözünü zilləyir tavana, baxır... baxır... yuxu aparırdı.

Bu səhər özündə güc duymuşdu.

–Maşallah, kişi deyəsən üzü bəridi! – Arvadı uşaqları az qala muştuluqlamışdı.

Həmin axşamı da oğul-uşaq yanından çıxan kimi arvadına göz eləmişdi.

–Qapını bağla, yanıma gəl.

–Bıy... ay kişi... – Arvadın xəyalından nələr keçmişdi Allah bilir.

–Balaca sandığı götür çarpayının altından.

Kişi durub yerinin içində oturdu. Arvad ağ mələfəni yorğanın üstünə salıb, balaca sandığı da qoydu ortasına. Kişi balışın altından açarı götürüb, sandığı açdı. İçindən mücrünü çıxartdı – qapağını qaldırıb, ağzı aşağı çevirdi. Əl atıb, iri bir boyunbağını keçirtdi barmağına:

–Bilirsən kim verib bunu?

–Arif.

–Hardan bilirsən?!

–Alan günü özün gətirib boynuma taxdığın yadından çıxıb?!

–Həəə...

–Bəs bu?!

–Hüseyn əminin oğlu işə düşmüşdü, verdi ki, uşağı türmədən qurtarasan.

–Bunu bilmirsən amma.

–Baxım? İlk dəfədi görürəm.

–Pambıq zavodunda direktor olanda əlimə gələn pulla almışdım.

–Nə əcəb indiyəcən deməmisən mənə?

–Onsuz da sənə qalacaq.

Arvad məmnunluqla gülümsədi:

–Mən neynirəm, verəcəm qızlarıma.

–Özündə saxla.

–Niyə?

–Qoy səndən asılı olsunlar.

Bir xeyli heç birindən səs çıxmadı.

–Bu gecə Əzrayıl yuxuda gəlmişdi.

Arvad diksindi:

–A kişi, sən Allah, boş-boş danışma!

–Vallah!

Arvad maddım-maddım ona baxdı.

–Bir də gördüm çiynimdən yapışıb silkələyirlər. Gözlərimi açdım:

–Kimsən?!

–Əzrayıl!

–Əzrayıl?! – Dik atıldım. –Cənab Əzrayıl, hələ canımda can var, niyə vurub məni yorğan-döşəyə salmısan?!

–Yığdıqlarını neyləyəcəksən?!

Vallah, elə-belə də soruşdu. Özümü qoydum bilməzliyə:

–Nə yığdığım?!

–Qızıl-gümüş, briliyant, daş-qaş...

–Hamısı sənə qurbandı, bir-iki il də qoy yaşayım!

Əzrayıi güldü:

–Allah rüşvət götürmür! –Yazıq-yazıq üzünə baxdıığımı görüb, ciddiləşdi – Bir dənə qızıl onluq təmənnası olsa, beş dənəsini özüm üçün alaram!

Başımı aşağı saldım.

–Demədin axı, yığdıqlarını neyləyəcəksən?!

–Oğul-uşağıma qalacaq!

–Arxayınsan ki, rahat yeyə biləcəklər?

–Nə mənada?!

–Axı heç birini öz zəhmətinlə qazanmamısan!

–Hamı necə, onlar da elə!

–De, görüm bu var-dövləti sənə verənlərdən sağ qalanı var?

–Sağ qalanı?! – Fikirləşdim. – Var!

–Barı onlarınkını qaytar özlərinə!

Diksindim:

–Nə danışırsan, cənab Əzrayıl?!

–Onsuz da onları satıb yeməyə ömrün çatmayacaq!

–Uşaqlarıma qalacaq ki!

–Mən də sənə aydınca deyirəm, uşaqların onları rahat yeyə bilməyəcək!

–Axı...

–Axısı-zadı yoxdu!..

Gecə çığırıb ayıldığım yadına gəlir?!

Arvad başını yellədi:

–Ay kişi, fikirli yatmısan, yuxu görmüsən də.

–Nə demək istəyirsən?!

–İndu bunları qaytaracaqsan sahiblərinə?!

2.

Üç nəfər kişinin çarpayısının yanını kəsib oturmuşdu..

–Bilirsiniz niyə çağırmışam sizi?

Qonaqlar bir-birinin üzünə baxdı.

–Qorxmayın, sizdən ömür istəməyəcəm, ömür Allahlıqdı!

–Eşidirik. – Üçü də xorla cavab verdi.

–Vaxtı ilə sizə elədiyim yaxşılığın əvəzində hərəniz mənə briliyynt qaşlı bir qolbaq vermişdiniz.

Üçü də bir ağızdan dilləndi:

–Yadımızdadı!

–Mən artıq bu gün-sabahlığam, deyin görüm, bunlar sizin əlinizə necə keçmişdi?!

Qonaqlar tərəddüdlə bir-birinə baxdı.

–Kimə deyəcəm ki?!

–Cehizlik idi.

–Nə cehizlik?!

Növbə ilə əyilib kişinin qulağına pıçıldadılar. Kişi fikrli-fikirli dilləndi:

–Deyəsən, onların üçünün də evi dağıldı axı?!

–Elədi.

Kişi sinəsi üstünə qoyduğu mücrünün qapağını qaldırdı:

–Hər kəs öz gətirdiyini götürsün.

Üçü də döyükmüş halda gözlərini bərəltdi:

–Doğru sözünüzdü?!

–Bundan doğru?!

Bir anda qolbaqlar mücrüdən çıxdı.

Hər üçü gözləri işıldaya-işıldaya qolbaqları götürüb soxdu qoltuq ciblərinə.

–Gedə bilərsiniz!

–Yorğanın yüngül olsun!

O gecə ilan vuran yatdı, Kişi yata bilmədi. Səhəri gecəsi də elə. Fikirdən nə çörək yeyə bilirdi, nə də su keçirdi boğazından.

–Ay kişi?

–Hə...

–Xəbərin var?

–Nə xəbər?

–Burdan gedəndən sonra o üç nəfərin üçü də düşüb yorğan-döşəyə.

Kişi acı-acı gülümsədi.

3.

Səhər arvad yuxudan duranda, gördü ərinin gözləri dirənib tavana.

–Ay Allah, başıma daş düşdü!

Bu zaman kəndin daha üç yerindən nalə qopdu.




İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK