adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Fevral 2019 15:01
4628
GÜNDƏM
A- A+

Pirallahıda yüksək keyfiyyətli dərman preparatlarının istehsalı planlaşdırılır

İran və Azərbaycan arasında əczaçılıq sahəsində imzalanan memorandumda müəyyən dəyişikliklər olub.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

C.Cahangirzadənin sözlərinə görə, dəyişikliyə səbəb əczaçılıq zavodunda 84 dərman preparatının istehsalı ilə əlaqədardır.

Səfir əlavə edib ki, ümumi istehsala, həmçinin topdansatışa görə də lisenziya verilməlidir: "Bununla əlaqədar Azərbaycanın müvafiq qurumları, o cümlədən Səhiyyə və İqtisadiyyat nazirliyi ilə lisenziya verilməsi üçün müzakirələr aparılmalıdır”.

Diplomatın sözlərinə görə, Azərbaycan yüksək keyfiyyətli dərman preparatlarının istehsal edilməsini istədiyi üçün bu, müəyyən vaxt tələb edir: "Tezliklə istehsalçı şirkətin rəsmiləri Azərbaycana səfər edəcək və dərman preparatlarının istehsalı ilə əlaqədar danışıqlar aparılacaq”.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Bakının Pirallahı rayonunda "Caspian Pharmed” Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.