warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | QABİL XEYİRXAHLIĞI Adalet.az | QABİL XEYİRXAHLIĞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

QABİL XEYİRXAHLIĞI

2723    |   2019-02-08 09:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)


Mikayıl Müşfiqin xatirəsinə həsr etdiyi "Ay dost" şeirini həyəcansız oxumaq olmur:

Ömrünün gur bulağı, qaynayanda, daşanda
Bircə qurtum çiy su da içməmişdim mən hələ.
Təbiətin qanadları, zirvələri aşanda
Qapımızdan o yana keçməmişdim mən hələ.

İsmayıllı lövhələrini əks etdirən "Qoy danışsın təbiət" şeiri də onun üçün təsirlidi:

Günəş gah qorunur, gah görünməyir,
Duman gah sürünür, gah sürünməyir.
Dərələrdən axan suların səsi,
Yalqız bulaqların kövrək nəğməsi,
Gah batır, gah da ki, çıxır aşkara,
Ürəyim bürünür xoş duyğulara,
Susmaq istəmirəm, susuram fəqət,
Qoy danıqşsın təbiət!..

Şair Qabilin poeziyası səmismiyyət poeziyasıdır. "Bənövşə" şeirində oxuyuruq:

Səhər kol dibində gözüm sataşdı,
Qərib-qərib duran bir bənövşəyə.
Dərdim təzələnib başımdan aşdı,
Dedim boynubükük yarandın niyə?

"Səhv düşəndə yerimiz" şeiri ilə sanki bugünkü reallığımıza nəzər salır, bizi ayıltmağa çalışır:

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Təəssüf ifadə edən "İradə" şeiri hər birimizi düşünməyə vadar edir:

- Heyf!.. Onu itirdilər.
Erkən, hədər.
Qüdrətini görmədilər
Qiymətini vermədilər.

"Göyçay narı" şeirində sanki gözəl, xoşagəlimli bir canlı lövhə, tablo yaradır:

Payızın nəfəsi bağlara dəyəndə,
Çəmənlər öz sarı donunu geyəndə,
Bar dolu ağaclar başını əyəndə,
Alışıb yananda sənin də yanağın,
Əlimi cırmışdı tikanlı budağın,
Uf! - deyib, mən səni dərəndə sevmişəm,
Alagöz bir qıza verəndə sevmişəm.

"Torpağa hayıf" şeiri düşündürücüdür:

Səksəkəli yatır, sərsəm oyanır,
Qalxır, gicəllənir, yıxılır yenə.
O, gah inanmayır, o gah inanır,
Ali Məhkəmənin ölüm hökmünə.

"Astara yolları" şeirinin son bəndi həqiqi mənada həsrət qoxuyur:

Meşələr uca-uca calanıb gedir,
Astara yolları uzanıb gedir
Təbrizə birbaş.
Geri dönməliyik biz işə, qardaş!

"Gətirmə" şeiri dünya, həyat haqqında fikirlərimizi yada salır, bizi düşündürür, təsirləndirir:
Onsuz da ömrümün xəzan çağıdır,
Xəzanın üstünə xəzan gətirmə!
Ürəyim mehə bənd gül yarpağıdır...
Onu qoparmağa tufan gətirmə!

"Gedən yerim olaydı" şeiri ilə sanki bugünkü qaçqınlarımıza, köçkünlərimizə, didərginlərimizə bir təsəlli olur:

Büdrəyib yıxılanda
Kötüklər,
Daşlar
Dizimi əzəydi
Cəhənnəmə ki...
Təki
Gedən yerim olaydı...

Təbriz həsrətli "Aldım salamını" şeirində oxuyuruq:

Aldım salamını, şair qardaşım!
Alovum zay oldu... gözün ağladı,
Savalan qarı tək ağardı bpaşım,
Dilləndim dilimdə sözüm ağladı.

"Su qovuşanda" şeiri onun üçün təsirlidi:

Gözüm qaldı gözlərinin qarasında,
Ürəyimə bir od düşdü
İki suyun arasında,
Nə Araz söndürdü, nə də Kür məni,
Qoyma külə dönüm, gəl söndür məni,
Su qovşağında.

"Tufan səsi" şeirində canlı şahidi olduğu mənzərələri beləcə təsvir edir:

Tufan coşur, dəniz coşur,
Təslim olmur heç biri.
Çopur-çopur qayalıqdan,
Seyr edirik Xəzəri.

"Dəniz yandırdı məni" şeiri əsil mənada sevən qəlbin hay-harayıdır:
Xatirəmə gətirdim
Bütün olub keçəni,
Sənsiz dənizə çıxdım,
Dəniz yandırdı məni.

Yazıçılar Birliyinin qurultayı ərəfəsi idi.
Ulu Öndərin məzarını ziyarət edəcəkdilər. Fəxri Xiyabanın qarşısında cəmləşmişdilər. Şair Qabil onu görcək əli ilə yanına çağırdı, salamlaşıb görüşdülər. Hal-əhval biləndən sonra soruşdu:
- Dəvətnaməni almısan da.
- Bəli.
- Mandatı da?..
- Mandatı?! - deyə o karıxan kimi olanda, soruşdu:
- Qırmızı vəsiqəni də... Zərfin hanı?
Dərhal maşına tərəf gedib, onu gətirdi. Qabil müəllim diqqətlə onun içinə bapxanda, mandat oradan çıxdı. Onun pərtliyini yox etmək istəyirmiş kimi dedi:
- Ehtiyatlı ol... Naxələflər var da...
Onun deməsinə görə bir dəfə belə olub. Mandat verməyi unudublar. Seçki vaxtı böyük söz-söhbət olub.
O mandat söhbəti, elə bil ki, onu Qabil müəllimin yanında üzüqara etmişdi.
Hər dəfə onu görəndə sıxılan kimi olurdu. O isə sanki bunu duyubmuş kimi yenə də ona yaxın, mehriban olar, deyərdi:
- Olan şeydir... İnsan gərək bir az ayıq, ehtiyatlı ola həmişə.
Onun vaxtsız ölüm xəbəri yamanca təsirləndirdi, sarsıtdı onu. Ara-sıra görüşsələr də, şair Qabil onun üçün çox əziz, xeyirxah bir adam idi. Sonralar onun xeyirxahlıqları barədə çox eşitdi. Demə, o tək bir ona yox, Vətəni, xalqı üçün layiq bildiyi övladların hamısı üçün belə imiş.
Belə insanı necə unudasan, xatırlamayasan. Həmişə onun haqqında xoş bir söz, xatirə yazmaq həvəsində olsa da, imkan edə bilməmişdi. İndi bu sətirləri yazdıqca sanki yüngülləşir, xəyalən bu böyük insanla üz-üzə , göz-gözə dayanır, onunla bağlı xoş, həzin xatirələri yadına salırdı. Ona elə gəlirdi ki, şair Qabildən sonra Sabir günləri də bir o qədər gur, canlı keçmir... Belə məclislərdə onun gur səsi necə də əks -səda verirdi:

Çəkdi qılıncını şimşəklər sənə,
Qılınclar qırıldı, sən qırılmadın.
Çaldı qamçısını küləklər sənə,
Küləklər yoruldu, sən yorulmadın.

Sabir poeziyasını öz şer dili ilə o sanki təhlil edir, sözünü deyirdi:

Atılan toplara ilkin oyandın,
Dərd-qəm əlindən şişdi ciyərin.
Halına acıdın, halına yandın,
Hələ avtomobil minməyənlərin.

Böyük şairin o illərdə nələr çəkdiklərini duymuş bir adam kimi odlu misralar deyirdi:
Zamanın aynası sənətin oldu,
Düzü düz göstərdi, əyrini əyri.
Bu aynanı qırmaq çox çətin oldu,
Düzü düz göstərdi, əyrini əyri.

Şairlər həmişə yaşadıqları mühitlə, az-çox müxalifətdə olublar. Böyük şair Mirzə Ələkbər Sabir də belə. Şair Qabil deyirdi:

Dedin: bu günəşdi, necə danım mən,
Asdılar, kəsdilər o ki, var səni.
Dedin: bir koma yox, daldalanım mən,
Nə koma, ruzusuz qoydular səni.

O, böyük Sabirin şəxsində xalqı üçün çırpınmış, yanmış, qəlbi döyünmüş bir insanı gördüyü üçün deyirdi:

Fəqət nə qırıldın, nə də əyildin,
Əyilməz, qırılmaz xalqın vüqarı.
Sən xalqın özüydün, Sabir deyildin,
Uca zirvələrin əriməz qarı.

Şair Qabil elə bir yaradıcı adam, gözəl insan idi ki... O, həmişə beləcə qəlblərdə yaşayacaq... Əvəzsiz poeziyası, ürək oxşayan şeiriyyəti ilə bizi gələcəyə, xoş günlərə ruşlandıracaq, səsləyəcəkdir... "Vətən" şeirində dediyi kimi:

Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub,
İməkləmiş, yerimiş, qaçmışam -
Dizlərimi qanadanda daş-kəsək,
İlk yaram da bu torpaqda göz tutub.

ƏLİSƏFA AZAYEV
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

ŞAHNİGAR XANIMIN YAŞAMAQ ÜMİDİ, YAXUD YAŞANMAMIŞ MƏHƏBBƏT

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

Ağac kötüklərində dərs keçən müəllim... - DƏRS OTAĞI

SON XƏBƏRLƏR
2019-04-21
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK