hacklink Adalet.az | Ata və oğulun bıçaqlanma səbəbi bilindi - YENİLƏNİB Adalet.az | Ata və oğulun bıçaqlanma səbəbi bilindi - YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Ata və oğulun bıçaqlanma səbəbi bilindi - YENİLƏNİB

8248    |   2019-02-08 09:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Сəlilabad rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. Adalet.az "Report"a istinadən xəbər verir ki, Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar.

Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər.

Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Adalet.az"Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasınaa yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





İmza:

İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Astarada dəhşətli QƏTL: Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Bakıda bacı-qardaşı naməlum şəraitdə bıçaqlayan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Bibisinin evindən "dəstə yoldaşlar"ı ilə oğurluq edən qadın saxlanıldı

Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Gəncədə 31 ədəd aviabomba tapılıb

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Bakıda kürəkən qaynını bıçaqladı

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO