adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Fevral 2019 10:19
13727
KRİMİNAL
A- A+

Bakıda qadın döyülərək planşeti oğurlanıb

Bakıda qadın döyülərək planşeti oğurlanıb.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Araşdırma aparılır.