adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Fevral 2019 21:28
5106
HADİSƏ
A- A+

Cəlilabadda ata və oğlu bıçaqlanıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Alar kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.