adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Fevral 2019 20:50
4411
SAĞLAMLIQ
A- A+

Yorğunluğu azaldan 5 vərdiş

Düzgün və sağlam bir şəkildə qidalanmaq bədəniniz üçün olduqca önəmlidir. Daha enerjili olmaq və günlük işlərinizi edə bilmək üçün təbii qida yeməyi unutmayın.

Teleqraf.com-un məlumatına görə, bununla da maddələr mübadiləsi gündüz daha aktiv olar.

Yatağınıza iş götürməyin

Yatmazdan əvvəl yatağınıza iş aparmaqdan vaz keçin. Bu vəziyyət yemək və ya televiziya izləmək kimidir. Yatağınızı yalnız yatmaq üçün istifadə edə bilərsiniz. Beyninizi buna alışdırsanız, bədəniniz yatağı dincəlmə və yatmaq yeri olaraq görməyəcək və bura rahat yuxu yeri olmaqdan çıxacaqdır.

Su içməyi yaddan çıxarmayın

Su bədən üçün olduqca vacibdir. Hər gün yetərli su içdiyinizə əmin olmalısınız. Susuz qaldıqda beyniniz rahat işləməz və bunun nəticəsində də rahat yata bilməzsiniz.

Yatmadan əvvəl isti bir duş almağa çalışın

Yatmağı düşünürsünüzsə, mütləq isti bir duş almalısınız. Bu, rahatlamanıza kömək olar və sizi yuxuya hazırlayar.

Təbii bitkilərdən istifadə etməyi unutmayın

Daha yaxşı dincəlməyiniz və özünüzü yorğun hiss etməməyiniz üçün bir çox fərqli bitkilər var. Kahı yarpağı, solmaz çiçəyi və pişik otu kimi bitkilərin çaylarını içərək bədəninizi və beyninizi rahatlaya bilərsiniz.