adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Fevral 2019 19:01
6015
MƏMLƏKƏT
A- A+

Nazir Şirvanda qəbul keçirəcək

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 8-də Şirvanda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055 333-40-04), Hacıqabul (055 257-47-90), Neftçala (050 320-42-42), Saatlı (055 211-56-50), Sabirabad (050 206-86-77), Salyan (055 200-66-65) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.