adalet.az header logo
  • Bakı 18°C
07 Fevral 2019 19:36
2909
HADİSƏ
A- A+

47 yaşlı qadın köşkün altında qalaraq ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda aşmış köşkün (taxta konstruksiyalardan ibarət) altında qalmış şəxsin xilas olunması üçün müraciət daxil olub.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1972-ci il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının meyiti köşkün altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.