adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Fevral 2019 17:01
5693
MƏMLƏKƏT
A- A+

Yanvarda “Azərişıq”a 20766 müraciət daxil olub

Yanvar ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün "ASAN xidmət”, "ASAN kommunal” və KOB evləri vasitəsi ilə "Azərişıq” ASC-yə 239 müraciət daxil olub. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması müşahidə olunub ki, bu da heç də səbəbsiz deyil.

Adalet.az xəbər verir ki, ötən ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib.

Bununla yanaşı yanvar ayında 3280 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Bundan başqa yanvar ayında "Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlər sırasına əlavə iki xidmət də artırılıb. "Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” və "Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması” xidmətləri də əlavə olunmaqla Azərişıq ASC-nin "ASAN xidmət” və "ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Ümumilikdə isə yanvar ayı ərzində Azərişıq ASC-yə "ASAN xidmət” və "ASAN kommunal” vasitəsi ilə 20766 müraciət daxil olub.