adalet.az header logo
  • Bakı 20°C
07 Fevral 2019 15:27
14962
DÜNYA
A- A+

Uşaq dağıntılar altından sağ çıxarıldı - 19 saat sonra

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında çökən 8 mərtəbəli binanın dağıntıları altından 5 yaşlı qız uşağı çıxarılıb.

Adalet.az yerli mətbuata iatinadən xəbər verir ki, xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.

Binanın dağıntıları altında qalan digər şəxslərin xilas edilməsi üçün xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, fevralın 6-da binanın çökməsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xilas edilib. Dağıntılar altında ümumilikdə 43 nəfərin olduğu ehtimal edilir.