Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Aqşin Yenisey: “Qadının xoşbəxt olduğu ailə yer üzündən silinməlidir” Adalet.az | Aqşin Yenisey: “Qadının xoşbəxt olduğu ailə yer üzündən silinməlidir” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Aqşin Yenisey: “Qadının xoşbəxt olduğu ailə yer üzündən silinməlidir”

"Qadın azadlığını fahişəlik, kişi qeyrətini qatillik kimi başa düşəcəyik"

32678    |   2019-02-08 09:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sözləri tanınmış şair Aqşin Yenisey Adalet.az-a açıqlamasında söyləyib. Son vaxtlar artan boşanmalar haqqında danışan A.Yenisey düşünür ki, ailə mənəvi bağlılıq üzərində yaranan ittifaq olmayıb:"Cəmiyyətimiz asta templə də olsa, sosiallaşır, ən azı, buna can atır. Klassik ailə modelimiz isə sosiallaşmanın əleyhinədir. Evlilik bizdə kiminsə "əl-ayağını bir yerə yığmaq", "başını bağlamaq" kimi məhkumluq anlayışı ilə eyniləşdirilir. Xüsusilə qadınlara oxunan məişət əxlaqının "ər evindən yalnız meyit şəklində çıxa bilərsən" hökmü, bir növ, Cinayət Məcəlləsindəki 57-ci maddəyə "Ömürlük azadlıqdan məhrumetmə" cəzasına uyğun gəlir. İnsanlar ailədə cəzaya məhkum olduqlarını fiziki hiss etməsələr də, psixoloji olaraq hiss edirlər. Ailə heç vaxt mənəvi bağlılıq üzərində yaranan ittifaq olmayıb. Sokratdan tutmuş Marksa, Kanta, Nitşeyə qədər bütün zəka küpləri ailə haqqında pis fikirdə olublar. Ailə kultunun dominant olduğu cəmiyyətlərdə hər kəs ailəsi naminə ümumi rifahdan oğurlayır. Öz balasına görə başqasının balalarını fəlakətlə üz-üzə qoyur, yaxud başqalarının balalarının fəlakətinə göz yumur. Bu ailə acgözlüyü bizim kimi arxaik cəmiyyətlərdə biabırçılıq həddində tüğyan edir. Ailə ittifaqı dağılmasa, yaxud bir kult olaraq aşağılanmasa biz cəmiyyət qura bilməyəcəyik, qanunlara deyil, adətlərə itaət edəcəyik, qadın azadlığını fahişəlik, kişi qeyrətini qatillik kimi başa düşəcəyik. Ona görə də boşanmaların artmasına, sadəcə, sevinmək lazımdır. Müsbət 15 dərəcədə "Şuba" geyinib rəfiqələrinə acıq verəcək deyə ərini özündən yuxarılara yaltaqlanmağa, özündən aşağılardan rüşvət almağa məcbur edən qadının xoşbəxt olduğu ailə yer üzündən silinməlidir. O qadının erkək varinatı olan kişiyə də aiddir bu dediyim. Boşanmaya dinimiz də pis baxmır, məsələn, peyğəmbərimiz öz oğulluğunu özü məcbur edir ki, arvadından boşansın”.




İmza:
SON XƏBƏRLƏR
2019-02-17
2019-02-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK