adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Fevral 2019 14:21
8767
SİYASƏT
A- A+

Qarabağ Azadlıq Təşkilatı mitinqə hazırlaşır


Qarabağ Azadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. Adalet.azın aldığı məlumata görə, İdarə heyətinin toplantısından sonra ümumi yığıncağın iclası baş tutub. Gündəlikdə dayanan məsələlər aşağıdakılar olub:

1. Təşkilati məsələlər,

2. 16 fevral mitinqinin müzakirəsi,

3. Qərarların icrası vəziyyəti,

4. İctimai dinləmələrin keçirilməsi,

5. Cari məsələlər.

Komitə 16 fevral mitinqinə hazırlıqların necə getdiyi haqqında müzakirələr apardı. Qərara gəlindi ki, 16 fevral mitinqinə ciddi hazırlıqlara başlanılsın və mitinqə icazə verilərsə, 30.000 adamın meydana gəlməsi üçün lazım olan bütün addımlar atılsın.

Gündəlikdə dayanan digər məsələlər, Gürcüstanda qatil erməniyə qoyulan abidə və Komitənin ötən mitinqlər haqqında məhkəmə proseslərindən məlumat verildi. Qərara gəlindi ki, məhkəmə prosesləri Avropa Məhkəməsinə qədər aparılsın.

Taleh Əliyevin sədrlik etdiyi iclasdakı müzakirələrdə Akif Nağı, Pənah Hüseyn, Barat İmani, Tural Abbaslı, İsgəndər Həmidov, Şakir Abbasov, Südeyif Sadıqlı, Əvəz Zeynallı, Ramiz İbayev, Cəfər Baxış, Əlövsət Sadıqlı, Nəsimi Dadaşlı, Yusif Süleymanlı, Aytəkin İmranova və digərləri çıxışlar edib, fikirlərini bildirdilər.