adalet.az header logo
  • Bakı 20°C
08 Fevral 2019 09:44
13907
SİYASƏT
A- A+

XİN UKRAYNALI JURNALİSTİ ƏFV ELƏDİ

Nadia Baziv adında bir ukraynalı teleaparıcı Azərbaycanın dövlət sərhədlərini pozaraq işğal olunmuş Qarabağa gəlib, ona görə də bizim gözəlim Xarici İşlər Nazirliyi onun adını «qara siyahı»ya salmışdı. O da götürüb XİN-imizə bir məktub göndərib ki, bir qələtdi eləmişəm, bir də belə qələt eləmərəm. Nazirliyimiz də onu əfv eləyib.

Çox ürəyiyumşaq nazirliyimiz var. Deməli, dövlət sərhədini poz, gəl işğal olunmuş ərazimizə, ye, iç, meşələrin təbii çiyələyindən, moruğundan, Zarıslının cır armudundan, zoğalından yediyini ye, yemədiyini də götür apar, gedəndən sonra da ağzına gələni bizim əleyhimizə danış və daha sonra da bizim XİN-ə bir məktub göndər, biz də səni əfv eləyək.

Əladı ey.