adalet.az header logo
  • Bakı 20°C
07 Fevral 2019 12:35
12182
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: DƏRDİMİN DALĞICIYAM

Nə işıq var , nə də ki
qaranlığa sığınan...
Gözlərimi gördünmü -
yollarından yığılan ?!.

Xiffət içimə hakim
həsrət canıma köynək...
Çarpışıram, mən lakin -
qaysaqlamır , bu göynək.!..

Həm işıq . həm qaranlıq
Varlığımı bürüyüb...
Səsim batıb , çıxmırsa -
elə bilmə kiriyib...

Öz dərdində batmağın -
dalğıcına dönürəm...
Mən yandığıma görə -
yana - yana sönürəm...