adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Fevral 2019 11:44
6128
MƏMLƏKƏT
A- A+

Daşınar əmlakların reyestri asanlaşır - Baş nazir qərar imzaladı

Nazirlər Kabineti "Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərar verib.

Adalet.az-ın məlumatına görə, həmin informasiya sistemlərinin siyahısına Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, Ədliyyə Nazirliyinin "Elektron məhkəmə” sisteminin müvafiq komponentləri (tam fəaliyyət göstərənə qədər mərhələli şəkildə), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi daxildir.