adalet.az header logo
  • Bakı 18°C
07 Fevral 2019 10:33
4455
HADİSƏ
A- A+

Azərbaycandakı zəlzələ bu yollarda çatlar əmələ gətirdi

5 yanvar tarixində gecə saatlarında Azərbaycan ərazisində baş vermiş 6 ballıq zəlzələ zamanı bəzi yollarda çatlar əmələ gəlib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisinə düşən hissəsində 4-5 yerdə çat əmələ gəlib:

"Pirqulu-Dəmirçi və Qızmeydan yollarında bir-neçə yerdə çatlar və sürüşmələr, həmçinin Muğanlı-İsmayıllı yolunda da bir-neçə yerdə çat yaranıb".

Onun sözlərinə görə, hazırda həmin yollara baxış keçirilir.