adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Fevral 2019 10:31
17374
MARAQLI
A- A+

“Facebookda meşə gündəliyi”

Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşib. Qadağan edilmiş ərazilərdə yabancı (cır) meyvələr (alma, armud, zoğal, alça və s) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s) – 2, itburnu – 2, çaytikanı – 3, digər dərman bitkiləri – 2, şabalıd – 2, fındıq -2, qoz – 3, fıstıq toxumu -1,5, palıd – 1, cökənin yığılmasına görə -1,5 manat cərimə nəzərdə tutulub. Sənəddə qeyd edilib ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Adalet.az "Facebook gündəliyi” layihəsindən xüsusi olaraq bu məsələ ilə bağlı yazılan ən maraqlı fikirləri sizlər üçün topladıq. Adını da "Facebookda meşə gündəliyi” qoyduq.


***

Ayxan Ayvaz: "Adəm Həvvaya deyib ki, o meyvəyə görə cərimə var, toxunma"

***

Famil Cəfərli: Deyir, meşədən dərdiyin armudu geri qaytarmalısan. Bəlkə biri dözməyib bir dişdək alıb. Onu da?

***

Xəqani Səfəroğlu: ""Speys"in yaxınlığındakı ağacdan 3 dənə zeytun dərdim.Yol polisi əyri-əyri mənə baxırdı.Gərək Novruz müəllimə sorğu verim öyrənim: Şəhərdəki ağaclar meşə sayılmır ki?”

***

Mənsur Rəğbətoğlu: ""Gəlmişəm otağına, qaragilə" İnnən sonra yüz min belə qaragilə çağırsa da gedən olmaz”

***

Əziz Əlibəyli: "Hacı Nuranın pencəyindəki armudun, çaytikaninin cəriməsi də babat ağır olacaq...”

***

Elyar İslamoğlu: "Təklif edirəm ki, nağılların sonunda göydən düşən 3 alma məsələsini də yığışdırsınlar, ya da hər düşən almaya görə 1 manat cərimə ödəyib, sonra düşürtsünlər...”

***

Rəşad Tuncay: "İsmayıl, oğlum getmə! "İtburnu” pullu olub, cəriməsi var”

***

Rasim Xəlilov: "Niyə başa düşmək istəmirsiniz axı, hökumət sizin xeyrinizə verib o qərarı, gördünüz də Adəmin axırı nə oldu. .... Giləmeyvə surəsi 73 cü ayə”.

***

Zaura Əmirova: "Artıq xalqa aid olan meşələrdən meyvə və bitki yığmaq mümkün olmayacaq....Nə deyirəm, İnşallah hava ilə sınağa çəkilmərik”

***

İsmayıl Əhməd: "Təzə qanunda bəzi məqamlar mənə aydın deyil:
1. Meşədən cır alma dərmək olmaz, bəs yerə düşən və mal-qaranın yediyi almaları yığıb cemnən qaxdan zaddan düzəltmək olarmı?
2.Mal-qara meşələrdəki cır zoğalı, alma-armudu bilmədən çaşıb yesə sahibi onun əvəzinə cərimə ödəməlidirmi?
3. Saxladığımız arılar meşələrdəki gülən və gül şirəsini çəkib yuvalarına gətirsələr onda necə?”


Sübhan