adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2019 10:25
7449
GÜNDƏM
A- A+

BU XALİD KAZIMLI NƏ PAXIL ADAMMIŞ?!

Götürüb «Yeni Müsavat» qəzetində Bakıda keçirilən «Formula-1» yarışlarının əleyhinə yazı yazıb. Qaqa, sənin maşının yoxdu, biz neyləyək? Niyə maşını olanlara paxıllıq edirsən, avtoşların könlünə dəyirsən? Rauf Arifoğlu, köməkləşin, Xalid bəyə bir maşın alın, görək ondan sonra «Formula-1»in əleyhinə nəsə yazar? Yazmaz!

Qaqa, amma adamın üstə Allah var, yazıyın axırıncı abzası ləzzət elədi. Qoy mən də «Ədalət»in oxucuları üçün həmin abzası paylaşım:

«Biz isə cürbəcür üsullarla ölkənin adını çıxarmaq, əcnəbi turist cəlb etmək istəyirik. Bu işin düsturu çox sadədir, cənablar: geniş infrastruktur, keyfiyyətli xidmət, ucuz qiymət və vizasız gediş-gəliş. Ondan sonra ildə 10 milyon turist gəlsin, siz də baxın. Yoxsa maşınötüşdürməklə olmur bu işlər».