adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Fevral 2019 10:27
64045
GÜNDƏM
A- A+

«JAK ŞİRAK QUDURUB»

Bu ifadəni millət vəkili, professor Şamil Qurbanov Milli Məclisdə çıxışında demişdi. Rəhmətliyin başına min bir oyun açdılar, çərlətdilər və ürək tutmasından vəfat elədi. Ona görə də adam Fransanın əleyhinə yazmağa qorxur. Elə qorxduğuma görə mən də yazmıram.

Srağagün Fransanın prezidenti müsyö Makron bildirib ki, 24 aprel indən belə «erməni soyqırımı» kimi Fransada da qeyd olunacaq.

Türkiyə hələ ki, susur. Qorxmasaydım, mən də susmazdım.