adalet.az header logo
  • Bakı 12°C
08 Fevral 2019 09:40
12207
MƏMLƏKƏT
A- A+

AQİL ABBAS: "SİZİ ŞUŞAYA HANSI DÖVLƏT APARACAQ?!"

Milli Məclisin komitə iclasında belə bir söz demişdim: «Məni Şuşaya bu dövlət aparacaq».

Və təbii ki «məni» deyəndə, eyni zamanda bizi, bu xalqı nəzərdə tutmuşam. İndi eşidirəm ki, bunu sosial şəbəkələrdə paylaşıb fikrimə rişxənd edirlər, lağ edirlər, inanmadıqlarını bildirirlər. Və müəyyən qüvvələrin idarə etdiyi qruplar gündəm yaratmaq istəyirlər.

Mən bir daha deyirəm: «Məni Şuşaya bu dövlət aparacaq!»

Rişxənd edənlər, lağ edənlər, buna inanmayanlar, bəs, sizi Şuşaya hansı dövlət aparacaq, deyə bilərsinizmi?