iRAN ERMƏNiSTANA YANACAQ, BiZƏ MOLLA, TƏSBEH VƏ NARKOTiKA...

AQİL ABBAS
21909 | 2009-06-05 02:07
Deyirlər yaxın qonşu uzaq qohumdan yaxşıdı. Olsun, çox gözəl. Amma çox qəribədi ki, bizim yaxın qonşularımızın hamısı nəinki uzaq qohumdan yaxşıdı, heç uzaq düşməndən də yaxşı deyil.
   
   İran hətta heç qonşu da deyil. Min illərdi birgə yaşamışıq, ortaq mədəniyyətimiz, ortaq ədəbiyyatımız, incəsənətimiz, abidələrimiz və ən nəhayət, dinimiz və hətta məzhəbimiz. Hərçənd ki, mən İslamı məzhəblərə bölənləri sevmirəm və heç onları müsəlman da saymıram. Məsləhət olsaydı Peyğəmbər (ə.s.) məzhəbləri yaradardı. Tanrı tək olduğu kimi, İslam dini də vahiddi, bütövdü.
   
   Deyirlər yaxın qonşu uzaq qohumdan yaxşıdı. Olsun, çox gözəl. Amma çox qəribədi ki, bizim yaxın qonşularımızın hamısı nəinki uzaq qohumdan yaxşıdı, heç uzaq düşməndən də yaxşı deyil.
   
   İran hətta heç qonşu da deyil. Min illərdi birgə yaşamışıq, ortaq mədəniyyətimiz, ortaq ədəbiyyatımız, incəsənətimiz, abidələrimiz və ən nəhayət, dinimiz və hətta məzhəbimiz. Hərçənd ki, mən İslamı məzhəblərə bölənləri sevmirəm və heç onları müsəlman da saymıram. Məsləhət olsaydı Peyğəmbər (ə.s.) məzhəbləri yaradardı. Tanrı tək olduğu kimi, İslam dini də vahiddi, bütövdü.
   
   İranda əhalinin tən yarısı, hələ bir az da çoxu Azərbaycan türküdü. Yəni farsların din və məzhəb qardaşlarıdı. Və İran dövlətinə də şərikdirlər. Çünki bu dövləti bir yerdə qurublar, bir yerdə qoruyublar və gətirib bu günə çatdırıblar. Yəni bizim İrandan umacağımız daha çoxdu. Amma bizim nəinki umduğumuzu, heç bulduğumuzu da yeməyə din qardaşlarımız, bir köynəkdə yaşadığımız qardaşlarımız imkan və aman vermirlər. Sağ olsunlar.
   
   Son zamanlar İran mövzusu yenə gündəmə gəlib. Səbəb; İran hirslənib ki, niyə İsrailin prezidenti Azərbaycana dəvət olunub. Adını İslam dövləti qoyan İran özü isə İslamın düşmənləri olan, müsəlman körpələrini süngüdən keçirən, 30 minə yaxın müslümü şəhid edən, 1 milyon müslümü evindən-eşiyindən didərgin salan Ermənistanla ağız-ağıza öpüşür. Bu da onun öz işidi, biz onların daxili işinə qarışmırıq. Və qələt eləyər kimsə də Azərbaycanın daxili işlərinə qarışar, hətta qardaşlarımız belə.
   
    Məsələ nədi?
   
   İran Ermənistana hər cür yardım göstərir. Qaz verir, elektrik enerjisi verir, neft məhsulları verir, hər cür ticarət əlaqəsi saxlayır. Dəmiryol xətti çəkmək istəyir, qaz xətti çəkmək istəyir. İranda yaşayan ermənilər üçün qəzet açır, məktəb açır, institut açır, nə bilim day nə zir-zibil, bu da onların öz işidi. Can özlərinin, cəhənnəm də Tanrının.
   
   Hə, bəs İran bizə nə verir? Maşın-maşın molla. Özü də İslam dinini yayacaq mollalar yox, İslam dinini bölən mollalar, xurafat yayan mollalar...
   
   ... Sözgəlişi. Ölkəmizdə molla çoxalandan ölüm halları da çoxalıb. Yasa getməkdən özümüz molla olmuşuq. Və bu yas yerlərində bu mollalara da böyük meydan vermişik...
   
   ... İran bizə day nə verir? Maşın-maşın təsbeh. Azərbaycanda 8 milyon əhali yaşayır, 200 milyon təsbehimiz var. Bu təsbehi qoyub o birisini götürürük. Zikr eləməkdən əldən düşmüşük. Özü də nə təsbehlər? Hələ yekələrimiz qızıl təsbeh oynadır. Başımız qarışıb təsbeh oynatmağa.
   
   Və ən dəhşətlisi, İran bizə day nə verir?
   
   Hamıya məlumdur ki, İranda narkotika ilə bağlı cəzalar dünyanın ən ağır cəzalarıdı. Yəni bilək kəsməkdən tutmuş baş kəsməyə qədər.
   
   Hər gün MTN, DİN, Sərhəd Qoşunları, Dövlət Gömrük Komitəsi İrandan Azərbaycana qaçaq keçirilən narkotika və narkotika alverçiləri tutur. Bunların 90 faizi də İran vətəndaşlarıdı. Hüquq-mühafizə orqanları İrandan keçirilən bu narkotiklərlə mübarizədə az qala fəaliyyətinin 50 faizini sərf edir. Amma yenə bəs etmir. Çünki niyə?
   
   Qayıdaq bir qədər yuxarı. Dedik ki, İranda narkotika alverçilərinə edam cəzası var. Yəni bu iranlılar o qədər ürəklidilər ki, 2 min kilometri İranın içi ilə içində 300, 400, 500 kiloqram narkotik olan maşını sürüb gəlirlər bizim dövlət sərhədinə? Onların da MTN-i, Əmniyyət İdarəsi, Sərhəd Qoşunları, Gömrüyü. Və bunların hamısından keçə bilirlər. Necə olur Təbrizdə bir azərbaycanlı çırt eləyən kimi İranın bütün hərbi qüvvələri ordadı, çırt eləyəndə ç-nı necə deyib, ı-nı necə deyib, r-nı necə deyib, t-nı necə deyib, bilirlər, amma tonlarla narkotikanı Azərbaycana daşıyanlardan xəbərsizdilər?! Qətiyyən!
   
   Həmin narkotika daşıyanların yanında İranın xüsusi xidmət servislərinin agentləri oturub və bütün postlardan onları keçirir. Bu bir. İkincisi, həmin narkotika İran dövləti tərəfindən həmin narkotacirlərə pulsuz verilir, get sat, qazan. Çalış tutulma. Tutulsan da Azərbaycan qanunları yumşaqdı, 3 il, 5 il. Ya da ekstradisiya edib gətirib sizi burda buraxacağıq.
   
   Bu, düşünülmüş bir dövlət siyasətidi. Azərbaycanı məhv eləmək üçün, azərbaycanlıları məhv eləmək üçün. Bir böyük mexanizm qurublar və işləyirlər. Özü də xüsusi xidmət servislərinin mütəxəssisləri bu mexanizmi işlədir.
   
   Nə qədər mübarizə aparsaq da yenə azdı. Bu mübarizənin bir yolu var. Bizə narkotika daşıyan həmin İran vətəndaşlarına İranın tətbiq etdiyi cəzanı tətbiq etmək lazımdı. Demirəm edam edək, çünki bizdə ölüm cəzası ləğv olunub. Amma bu cəzanı əvəz edən cəza var - ömürlük həbs cəzası. Görüm ondan sonra hansı köpəyoğlu Azərbaycana narkotika daşıyacaq?
   
   Və Xarici İşlər Nazirliyimiz də bu məsələ ilə bağlı nota verməlidi İran dövlətinə. Nota verməlidi ki, bu itiyin-qurduyun əl-ayağını yığışdır, yoxsa biz onların əl-ayağını qıracağıq. Ayrı yol yoxdu. Onsuz da gəlib burda 5 il iş alanın ailəsinə orda İran dövləti baxır. Biz də onları həbsxanada yedizdirəcəyik, ac qoymayacağıq ki!
   
   Bəli, İslam dövləti İran Ermənistana yanacaq, bizə molla, təsbeh və narkotika.
   
   Və bunlarla mübarizə aparmaq təkcə bizim dövlətin güc strukturlarının işi deyil, hər bir azərbaycanlının işidir, hər birimizin işidir. Və İrana zəhər verən kərtənkələlərimizi də yazılmamış qanunlarla mühakimə eləməliyik, yoxsa 3-4 il 6-cı kalona göndərməklə yox.
   
   Bir-iki dəfə belə yazı yazmışam, mənə deyirlər ki, qorxmursan belə yazılar yazırsan? Hətta ən əziz adamlarım da deyir. Tanrı, göydən daş yağdırma, evimizin içində də kimdənsə və nədənsə qorxmalıyıq?!
   
   

TƏQVİM / ARXİV