adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2019 18:40
27560
GÜNDƏM
A- A+

Hafiz Hacıyev: "Kim Azərbaycanda nəfəs alırsa..."

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər olacaq. 

Adalet.az məsələylə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxlayaraq bu qərara münasibətini öyrənib. Həmin münasibəti təqdim edirik.

"Görünür Novruz müəllim kənd təsərrüfatı işini bilmir. Ermənilər bizim torpaqlarımızı işğal ediblər, meşələr də əsasən Qarabağ torpaqlarındadır. Cərimə qoymaq istəyirsə elə ordakı ermənilərə cərimə tətbiq etsin. Bir də ki, gecə kimsə girib meşəyə meyvə oğurlasa bunu necə biləcəyik? Bizim kasıb-kusub camaat əzgildən, zoğaldan kompot düzəldib birtəhər başını saxlayırlar, indi bunu da onların əlindən almaq istəyirlər? Mən istəyirəm ki, Novruz müəllim camaatın hava almasına da cərimə tətbiq etsin. Kim Azərbaycanda nəfəs alırsa ona görə cərimə ödəsin. Biz ciddi işləri kənara qoyub həmişə lazımsız işlərin qulpundan yapışırıq. Novruz müəllimin bu qərarı necə qarşılanmalıdı ki? Meşəyə nəzarət necə olacaq, meyvələrin yığılmasını harda biləcəklər? Bu camaat kələmdən, kal armuddan, zoğladan turşu düzəldib 1-2 manat pul qazanır. Bununla nə demək istəyirlər? Millətin çörəyinəmi göz dikiblər? Mən təklif edərdim ki, nazirlərin milyardları araşdırılsın. Onların 1700 manat maaşla o boyda villaları, mülkləri hardan gəlir, necə qazanlılır? Əgər onlara vergi qoyulsa Azərbaycanın büdcəsi dolacaq.”