warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Əbülfət Mədətoğludan yeni şeir: SÜKUT DA... Adalet.az | Əbülfət Mədətoğludan yeni şeir: SÜKUT DA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: SÜKUT DA...

( " Bir qadına ... və hamıya " silsiləsindən )

5663    |   2019-02-06 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sükut sakin olubdu -
içimdəki ağrıya ...
Sən də bir nəzər yetir -
ağrımdakı sarğıya ...

Mən əriyib söndükcə -
sən içində " ah " öldür...
Söndüyümü gördükcə -
ağrılarımı güldür...

Qoyma kirpikdə gilə,
dildə söz qısır qalsın...
Təbəssümünü çilə -
yaram da qüsul alsın...

Sükut bəlkə də sondu ,
bəlkə söhbətdi sözsüz ...
Düşünmə ki nə oldu -
qoyub külümü közsüz!..




İmza:
SON XƏBƏRLƏR
2019-04-21
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK