adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Fevral 2019 12:28
11221
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SÜKUT DA...

Sükut sakin olubdu -
içimdəki ağrıya ...
Sən də bir nəzər yetir -
ağrımdakı sarğıya ...

Mən əriyib söndükcə -
sən içində " ah " öldür...
Söndüyümü gördükcə -
ağrılarımı güldür...

Qoyma kirpikdə gilə,
dildə söz qısır qalsın...
Təbəssümünü çilə -
yaram da qüsul alsın...

Sükut bəlkə də sondu ,
bəlkə söhbətdi sözsüz ...
Düşünmə ki nə oldu -
qoyub külümü közsüz!..