adalet.az header logo
  • Bakı 21°C
06 Fevral 2019 11:14
4661
GÜNDƏM
A- A+

Nazirlikdə İşçi Qrup yaradıldı - Mütəxəssislər rayonlara ezam olunur

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

Bu barədə Adalet.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.