adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Fevral 2019 10:20
4106
GÜNDƏM
A- A+

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Məlum olduğu kimi, fevralın 5-6-da Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib: "Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb. Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib".