adalet.az header logo
  • Bakı 20°C
05 Fevral 2019 17:50
4905
GÜNDƏM
A- A+

Meşələrdən meyvə yığanlar cərimələnəcəklər – Baş nazirdən QƏRAR

Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşib.

Bu haqda baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qadağan edilmiş ərazilərdə yabancı (cır) meyvələr (alma, armud, zoğal, alça və s) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s) – 2, itburnu – 2, çaytikanı – 3, digər dərman bitkiləri – 2, şabalıd – 2, fındıq -2, qoz – 3, fıstıq toxumu -1,5, palıd – 1, cökənin yığılmasına görə -1,5 manat cərimə nəzərdə tutulub.

Sənəddə qeyd edilib ki, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır.

Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.