adalet.az header logo
  • Bakı 17°C
06 Fevral 2019 11:01
34201
MARAQLI
A- A+

Görəsən, dünyaya nöş gəlib insan?

Nə xarici mətbuat, nə də insanları bizdən geri qalmır ha. Xəbərdə deyilir ki, Hindistanda yaşayan 27 yaşlı Rafael Samuel anasını dünyaya gətirəndə ondan razılığını almayıb və buna görə də onu məhkəməyə verəcəkmiş.

"Mən bütün hindistanlı uşaqlara demək istəyirəm ki, sizin valideynlərinizə hər hansı borcunuz yoxdur. Mən valideynlərimi sevirəm, onları çox istəyirəm, münasibətlərimiz də əladır. Lakinonlar məni sırf öz əyləncələri və məmnunluqları üçün dünyaya gətiriblər".

Bu məqamda lap Nizami Rəmzinin bu sözləri gəldi ağlıma: "Görəsən, dünyaya nöş gəlib insan?”. Deyəsən, Hindistan məhkəmələrində yaman durğunluqdur. Ki, bizim Rafael qardaşımız da məhkəmələrin halına yanıb dövlətə bu cür xidmət etdiyini sübut etmək istəyir.