“Nərimanovun abidəsi yerində qalacaq” - Gürcüstanlı deputat
Bir neçə gün öncə Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib.
Marneuli Mədəniyyət evinin qarşısındakı tədbirdə fəal gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsinə etiraz ediblər.
Hətta növbəti aksiyanın keçiriləcəyi anonsu verilib. Amma hələ ki keçirilməyib.
Son günlər Gürcüstanda Azərbaycanla bağlı nələr baş verir?
Gürcü xalqı bu məsələlərə necə reaksiya verir?
"Aksiyalarla bağlı onu deyə bilərəm ki, təşkilatçılar tərəfindən verilən açıqlamada göstərilir ki, meriyadan icazə alınmayıb. Məhz buna görə də aksiyanın keçirilməsi təxirə salınıb. Əlbəttə, yaxşı olardı ki, aksiyanın keçirilməsini elan etməzdən öncə rəsmi qurumlardan razılıq alınsın və sonra elan edilsin. Düşünürəm ki, məsələyə bir az da məsuliyyətli yanaşmaq lazımdır”.