adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Fevral 2019 14:59
8403
SİYASƏT
A- A+

Milli Məclis fevral və martda daha 4 dəfə toplanacaq

Milli Məclisin fevral və mart aylarında keçiriləcək iclaslarının vaxtı bəlli olub.


Modern.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, fevral ayında parlamentin daha iki iclası keçiriləcək.

Belə ki, fevralın 12-i və 22-də Milli Məclisin növbəti plenar iclaslarının keçirilməsi nəzərdə tutulub.


Mart ayının 5-də və 15-də isə parlamentin növbəti plenar iclaslarının keçirilməsi gözlənilir.

Martın 15-də keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Qeyd edək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilmişdi. İclasın gündəliyinə 38 məsələ daxil edilmişdi.