adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

AQİL ABBAS: HAQVERDİYEV QORXDU, MİRZƏ CƏLİL QORXMADI

AQİL ABBAS
56805 | 2019-02-07 10:06

Böyük bir kampaniyagedir. Bu kampaniyanı güman ki, xaricdənidarə edirlər. Bəziləri bilərəkdənbu kampaniyaya qulluq edir, bəziləri bilməyərəkdən, bəziləri də küyə gedir gündəmə gəlmək üçün. Və elə bilirlər ki, başqalarını aşağılamaqlaözlərini təsdiq edirlər.

Çox ciddi bir məsələdi və bunları da susdurmaq o qədər də asan deyil. Bu kampaniyaya qoşulanlarbütün gücləri ilə sübut etmək istəyirlərki, biz millət deyilik, nəsə bir toplumuq.Milləti millət eləyən həm də onun yetişdirdiyi böyük şəxsiyyətlərdi. O şəxsiyyətlər ki bu millətin dilini, dinini,əqidəsini, adət-ənənəsini, qan yaddaşınıölməyə qoymayıb. Ona görə də həmin şəxslər hansısa qüvvələrinidarə elədiyi adamlar tərəfindən, xüsusilə də cəmiyyətdə az-çox tanınan,dünyagörüşü olan, tarixi bilən bir zümrətərəfindən nüfuzdan salınır. Bizisevməyən xalqlar da onlara istinad edib deyirlər ki, baxın, bu millətin tarixdə düz-əməllibir şəxsiyyəti, bir dahisi, bir sərkərdəsi olmayıb. Yəni bu necə xalq, ya millətdir ki, neçə min ildi bir şəxsiyyət yetişdirə bilməyib.

Babəkə min cür ləkə atırlar, Nizamini farslaşdırırlar, Nəsimini allahsızlaşdırırlar. Hələ bu günlərdə qəzəlinəbir diringi də qoşublar, televizyonlar da partapart bu diringi qoşanı reklam edirvə həmin diringini səsləndirir. Bu «Nəsimi ili»nə ilk «hədiyyə»mizdi.

Şah İsmayılı soldanda vururlar, sağdan da. O gün televiziyakanallarının birində (müsəlmanın o günü, 4-5 ay əvvəl) özünü ziyalı adlandıranbir siyasətçi Şah İsmayılı Osmanlı ilə müharibəsində təqsirli çıxarır və bunun dasəbəbini onun nənəsinin yunan olması ilə əlaqələndirir. Heçdəxli var? Əgər belə götürsək, Osmanlı sultanlarınınheç birinin qanında heç on faiz türklükyoxdu. İkisindən başqa heç birinin xanımıtürk deyil. Deməli, vəliəhdin türklükqanı əlli-əlliyə düşür. Vəliəhd də qeyri-millət alır, növbəti vəliəhdin, ya sultanıntürk qanı iyirmi beşə düşür. Ondan sonrakıların qanını da, həminziyalının Şah İsmayılla bağlı hesabı iləhesablasaq, onda türk sultanlarının qanında heç on faiz də türklük qalmır. Yenə heç olmasa,Şah İsmayılın türklüyü yetmiş beş faiz olur. Belə bəsit düşüncələr…

Koroğluya min iftiraatırlar, hətta Koroğlunu və onun dəliləriniaşağılayan bir uydurma dastan yazıb kitab halında babat tirajla çap da elətdirdilər.

Qaçaq Nəbini quldur adlandırırlar, bu azmış kimi də Həcərə olmazın ləkələrini atırlar.

Şərqdə ilk demokratikrespublikanı qurmuş, canını bu xalqın yolunda qurban vermiş görkəmli şəxsiyyətlərə şər və böhtanlar atılır. Haqq şairiSəməd Vurğun haqqında nələr yazmırlar?

Təbii ki, cavablarını alırlar, amma xaricdə oturan düşmənlərimiz o cavablara istinad eləmir, şər-böhtan atanlaraistinad edir.

Zaman-zaman hədəfəgələnlərdən biri də bu xalqın, bu millətinyolunda çərlədilib öldürülən Mirzə Cəlildi.

Ağcabədinin Kəbirli kəndindən Behbud adlı orta məktəb şagirditəxminən qırx il əvvəl Nüsrət Kəsəmənliyəiki şeir göndərmişdi. Nüsrət da o şeiri çapelətdirmişdi. Biri beləydi: «Qaldırın dünyanı çiyinlərimə».

İndi yuxarıda adlarını sadaladığım (təbii ki, hamısını yazmadım) şəxsiyyətlər kimi Mirzə Cəlil də budünyanı olmasa da, bu milləti, bu xalqı çiyinlərinə qaldırıb. Və Azərbaycan xalqı bu şəxsiyyətlərinvə Mirzə Cəlilin çiyinlərində bu günə gəlib çıxıb. Ustad yenidən hədəfə alınıb. «Molla Nəsrəddin»kimi möhtəşəm bir jurnal «xalqın üz qarası» adlandırılıb. Ziyalılarmətbuatda cavabını veriblər. Cavabverənlərdən biri də mən idim. Baxıram, indi yenə birnəfər bütün cavab verənlərə, eləcə də mənə dərs demək eşqinə düşüb. Mən Mirzə Cəlildən dərs almış adamam. Və bu gün Azərbaycanda biryazıçı kimi az-çox tanınıramsa buna görə ən çox borclu olduğum şəxslərdənbiri Mirzə Cəlildi.

Köşənin adını niyə «Haqverdiyev qorxdu, Mirzə Cəlil qorxmadı»qoydum?

Haqverdiyev ən çox sevdiyim, öyrəndiyim və söykəndiyim bir yazıçıdı. Mirzə Cəlil hansı zirvədədirsə, Haqverdiyev də o zirvədədi.

Azərbaycanda Sovethökuməti qurulandan sonra bəy nəslindən olanvə demək olar ki, nəslinin yarısı qurşuna tutulan, yarısı başını götürüb İrana, Türkiyəyə qaçmağa məcburolan Haqverdiyev təzyiqlərə dözə bilmədi.Güllələnmədən, ya sürgünə göndərilməkdəncanını qurtarmaq üçün Sovet hökumətini tərənnüm edən əsərlər də yazdı. Amma Mirzə Cəlilsonadək mübarizəsini apardı, bir addım geri atmadı. Ac qaldı, susuz qaldı, amma yenə dediki, dediyim dedikdi. «Molla Nəsrəddin» jurnalını əlindən aldılar, hətta sonda jurnalın adını dəyişib«Allahsız» da qoydular.

Mən Mirzə Cəlilinşəxsiyyəti ilə bağlı nəsə geniş bir məqalə yazmıram, çünki Mirzə Cəlilin dahiliyini və faciələriniAnar müəllim «Anlamaq dərdi» əsərində o qədərgözəl xırdalayıb ki, ondan yaxşısınıyazmaq çətindi.

Mənə dərs demək istəyən və Mirzə Cəlilə ləkə atanlara həmin əsəri oxumağı məsləhət görürəm. Sonra gəlsinlər söhbət edərik.

Bugünki sayımızda da Mirzə Cəlilin çox sevdiyim bir hekayəsiniçap edirəm.


TƏQVİM / ARXİV