Faiq QİSMƏTOĞLU: UCALIQ

FAİQ QİSMƏTOĞLU
41219 | 2019-02-07 10:15

Heç biryolu asanlıqla gedib başa çatdırmaq mümkün olmur. O ki, qala zirvəyə gedən yolola. Bu yolu gedənlər və ora çatanlar o qədər çətinliklə, o qədər əzab-əziyyətləüzləşirlər ki, onu bir onlar bilir, bir də Allah-Təala. Düzdür, Ulu Yaradan heçkimin əziyyətini, zəhmətini yerdə qoymur və əziyyət çəkirsənsə, tər tökürsənsə,günlərin birində o mükafatı Allah-Təala sənə qismət eləyib.

Mənim 30ildən çox tanıdığım, dostluq və qonşuluq elədiyim Səməndər Eyvaz oğlu Məmmədovda belə bir çətin yol keçib, öz zəhmətilə, əməyilə gəlib çatıb ucalığa. Və buucalıqda da əvvəllər necə olubsa, o cür də qalıb. Yəni yuxarıdan başqalarınabaşqa gözlə baxmayıb. Əvvəllər necə yanaşıbsa, dostlarına, tanışlarına,qonşularına da o sevgiylə baxıb. Belə bir sadəliyi, belə bir səmimiyyəti məntam cəsarətlə deyərəm ki, Yeni Günəşlidəki 13 nömrəli binada onu hamıyadoğmalaşdırıb.

Məhəlləmizdəelə bir xeyir-şər olmayıb ki, Səməndər müəllimin camaatın arasında birincilərsırasında görməyək və ən qəribəsi də odur ki, o heç vaxt kiməsə elədiyiyaxşılığı və köməyi dilə gətirməyib. Özü kimi ailəsi də, övladları da çox səmimidilər.Qonşuluqda hamı onların başına and içir. Çünki onun ailəsi də, iki oğlu daböyük-kiçiyin yerini bilir və qonşulara çox hörmətlə yanaşırlar.


SəməndərMəmmədov 1954-cü ilin fevralın 8-də Borçalıda – Bolinisi rayonunun Faxralı kəndindəanadan olub. Orta məktəbi bitirib 1973-cü ildə Azərbaycan DövlətUniversitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub. Universitetiqurtardıqdan sonra təyinatla Lerik rayonunun Vistən kəndində müəllimliyəbaşlayıb. Sonradan Bakıya qayıdaraqDİN-in tərbiyə müəssisəsindəki orta məktəbdə pedoqoji fəaliyyətini davametdirib. O harda işləyibsə, harda çalışıbsa, özünün dəsti-xətti, işə yanaşmaüslubuyla digərlərindən seçilib. Belə ki, istedadlı və savadlı adamlar həmişə,hər an yeni izlər qoymağı bacarırlar.

O, çoxistedadlı pedaqoq, çox istedadlı yazıçı-şair, çox bacarıqlı da rəhbərdir. Bubarədə müəyyən fikirlərimizi qeyd eləmişik. Təbii ki, insan nə qədər istedadlıolsa, oxumasa, öyrənməsə o heç də məqsədinə çata bilməz. Amma Səməndər müəllimnə qədər istedadlıdırsa, bir o qədər də zəhmətkeşdir, öz üzərində çalışanziyalıdır.

SəməndərMəmmədov Azərbaycan Dövlət Universitetində təhsil aldığı illərdə çox böyükziyalılardan – Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən, Şamil Qurbanovdan, Qulu Xəlilovdan, FirudinHüseynovdan dərs alıb. Daha doğrusu, bu böyük ziyalıların, bu böyük alimlərinnuruna bələnib. O nur ki, bu gün də bu işığı, bu nuru Səməndər müəllim özşagirdlərinə və digər insanlara ötürür.

İşıqlıinsanlar tək özləri üçün yaşamırlar. Onlar bu vətən üçün, bu millət üçün, buxalq üçün yaşayırlar. "Vətən, vətən” deməklə vətənpərvər olmaq mümkün deyil. Gərəkvətənpərvər olmaq üçün nümunə göstərəsən. Vətənin çətin və ağır günündə onunyanında olasan. Övlad ağır anda necə ananın, atanın yanında olursa, vətənin dəyanında belə olmaq lazımdı. Azərbaycanın azadlığı və müstəqilliyi yolunda o birziyalı kimi həmişə öndə gedib. Haqqı, ədaləti, düz sözü deməkdən heç vaxt çəkinməyib.Düz 40 ilə yaxındır ki, gənclərimizə təhsil verir və onları vətənpərvərlikruhunda tərbiyə eləyir. O, uzun müddətdir ki, Sabunçu rayonundakı 271 nömrəlitam orta məktəbdə direktor vəzifəsində çalışır. Tam səmimiyyətlə deyirəm: ohamıya qarşı çox sadə, çox səmimi olub. Ancaq tələbkarlığı öz yerində. Aydındırki, rəhbər olmaq, kollektivi idarə etmək və hamının dilini tapmaq o qədər dəasan deyil. Amma Səməndər müəllim o qədər böyük ziyalı, böyük insandır ki, ohamının diliylə danışmağı bacarır.

Onunlabeş-on dəqiqə söhbət eləmək bəs eləyir ki, Səməndər müəllimin işıqlı dünyasınadüşəsən. Elə ki, bu işıqlı dünyaya düşdün, bu işıqlı ağ yol səni düz aparacaqsaf, təmiz, duru bir aləmə. Və bu duru, saf aləmdə sənin içindəki qara qüvvələr,daha doğrusu, şeytan bu işıqdan qorxub qəlbindən uzaqlaşacaq. Hiss edəcəksənki, sən doğurdan da mənən təmizlənmisən və içində o qaranlıqdan bir əsər-əlamətqalmayıb, orda günəş doğub.

ZəlimxanYaqubla dostluq eləmək, oturub-durmaq hər adama qismət olmayıb. Amma Səməndərmüəllim nəinki o böyük şairlə oturub durub, onunla uzun illər ailəvi dostluq eləyib,duz-çörək kəsib, xeyirdə-şərdə bir yerdə olub. Rəhmətlik Zəlimxan Yaqub deyərdiki, Səməndər Məmmədov Zəlimxan Yaqubun gəzən kitabxanasıdı. Çünki Səməndər müəllimZəlimxan Yaqubun yaradıcılığını əzbər bilir. Ümumiyyətlə, mən biryazıçı-publisist kimi onun yaddaşına, hafizəsinə həmişə təəccüblənmişəm. Çünkio, digər klassik və müasir şairlərimizin əksəriyyətinin yaradıcılığını əzbərbilir. Elə burada da hardasa Səməndər müəllim yaddaşda böyük şair ZəlimxanYaquba çatıb.

O, təpədən-dırnağaAzərbaycana, Borçalıya bağlı ziyalıdır. Və təsadüfi deyil ki, Borçalıyla bağlıvə eləcə də doğma kəndi Faxralıyla əlaqədar neçə-neçə kitablar araya-ərsəyə gətirib.Onun çoxlu sayda kitabları işıq üzü görüb. Sonuncu kitablarından biri belə adlanır: "Faxralılarvə tarixi yaradanlar”.

Buyaxınlarda, daha doğrusu, fevralın 8-də böyük ziyalı, böyük insan və yazıçı-publisist, dostumuz, qardaşımız vəqonşimiz Səməndər Məmmədovun 65 yaşı tamam olur. Bu 65 yaş ucalığa çatan zirvədeməkdi. Daha doğrusu, o, bu ucalığa çoxdan çatıb. Ən azından ona görə ki, həmişəelin, obanın içində əməli-saleh işləriylə fərqlənib. 65 yaşdan geriyə baxandaonun çox böyük əməli-saleh işləri görünür. 65 yaşdan geriyə baxanda Səməndər müəlliminqazandığı uğurlar, qələmə aldığı kitablar, böyüdüb boya-başa çatdırdığı,ev-eşik elədiyi tərbiyəli övladları görünür, bir də onun nəvələri görünür. Onagörə də Səməndər müəllim bu yaşda və bu yaşdan sonra da həmişə yaşadığı eldə,işlədiyi kollektivdə və qonşuluqda alnı-açıq, üzü ağ olacaq. Qürürla, vicdanlabaşını dik tutub gəzməyi bacaracaq...

Bizinsanların qədrini sağlığında bilməliyik və sağlığında da onlara dəyər verməliyik.Dostumuz və qardaşımız Səməndər müəllimi 65 yaşı münasibətilə təbrik edir, onacan sağlığı arzulayır, həmişə bax belə ucalıqda olmağını istəyirik!..

Yazımızıböyük şair Cabir Novruzun "Sağlığında qiymət verin insanlara” şeirinin bir bəndiləbitirmək istəyirik:

Birarzum var, istəyirəm sizə deyim,

Sağlığındaqiymət verin insanlara,

Yaxşılarasağlığında yaxşı deyin,

Sağlığındayaman deyin yamanlara...


TƏQVİM / ARXİV