adalet.az header logo
  • Bakı 11°C
05 Fevral 2019 10:43
5469
MƏMLƏKƏT
A- A+

Hacıqabulda ov edən əcnəbi cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub.

Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.