adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Fevral 2019 16:17
4568
GÜNDƏM
A- A+

Hadı Rəcəbli: “Bunu edənlər mütləq cəzalanmalıdır”

Bu sözləri Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib. Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş fikirləri yerləşdirilib: "Məsələn, guya mən demişəm ki, Facebook bağlansın. Bəzi sosial şəbəkə səhifələri, saytlar var ki, ancaq söyüş və təhqir paylaşmaqla məşğuldurlar. Onlar sağlam fikirləri ora yerləşdirmirlər. Axı, belə olmaz... Sosial şəbəkələrdə belə bir şey qoyublar ki, Hadi Rəcəbli deyib ki, mənim nəvələrim baxır, söyüş söyməyin. Mən orada pis söy deməmişəm ki... Bu söz təkcə mənim deyil, millətin sözüdür. Sosial şəbəkələrdə təhqir, şərəf və ləyaqətin alçaldılması yolverilməzdir. Bu, ölkəmizin qanunlarında da öz əksini tapıb. Bunu edənlər mütləq cəzalanmalıdır.

"Məsələn, guya mən demişəm ki, Facebook bağlansın. Bəzi sosial şəbəkə səhifələri, saytlar var ki, ancaq söyüş və təhqir paylaşmaqla məşğuldurlar. Onlar sağlam fikirləri ora yerləşdirmirlər. Axı, belə olmaz... Sosial şəbəkələrdə belə bir şey qoyublar ki, Hadi Rəcəbli deyib ki, mənim nəvələrim baxır, söyüş söyməyin. Mən orada pis söy deməmişəm ki... Bu söz təkcə mənim deyil, millətin sözüdür. Sosial şəbəkələrdə təhqir, şərəf və ləyaqətin alçaldılması yolverilməzdir. Bu, ölkəmizin qanunlarında da öz əksini tapıb. Bunu edənlər mütləq cəzalanmalıdır.

Hesab edirəm ki, mütəmadi olaraq qaydaları pozan, insanları təhqir edən, onların şərəf və ləyaqətini alçaldan sosial şəbəkə səhifələri, saytlar beynəlxalq hüquq normalarına və qanunlara söykənərək bağlanmalıdır”.