adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Fevral 2019 15:56
12180
GÜNDƏM
A- A+

Səbuhi Rəhmli: “Şaxta baba kimi elə fəlsəfi söhbətlər edirdim ki…”


Tanınmış jurnalist Səbuhi Rəhmli müsahibəsində tələbə yoldaşlarının və özünün yaşadığı çətinliklərdən danışıb. Müsahibənin bir məqamı diqqətimi çəkdi. Səbuhi Rəhimli deyir: 

 "Bir ara o qədər sıxıntılı vəziyyət oldu ki, Coşqun ("Bu şəhərdə”ki aktyor Coşqun Rəhimov nəzərdə tutulur) kafedə ofisiant işləməli oldu, mən çörək dükanında satıcı kimi çalışdım, bəziləri küçə ticarətinə, fəhləliyə, alverə yönəldi. Çünki yaşamaq çox çətin idi, teatrdan aldıqlarımız heç 3 günə yetmirdi. Mən çox zaman məktəblərə, şənliklərə Şaxta baba, Kosa kimi gedirdim. Azər Axşam və Rafael İsgəndərov kloun kimi gedirdilər. Amma biz böyük məktəbdən keçdiyimiz üçün aktyorluğumuzu və savadımızı sanballı şəkildə ortaya qoyurduq. Mən Şaxta baba kimi elə fəlsəfi məqamlardan, maraqlı hadisələrdən danışırdım ki, heç bir uşaq təlxək yerinə qoyub, paltarımı dartmırdı, çox diqqətlə qulaq asırdılar”.