adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Fevral 2019 19:44
67969
MARAQLI
A- A+

Bığ-saqqal haqqında bunları bilirdiniz? - TARİXİ FAKTLAR

Bığın tarixi İslam dinindən əvvəllərə dayanır. İtalyan professor Allan Peterkin "bığ-saqqal”ın mədəni tarixi mövzusunda iki kitab yazıb: 1001 bığ... 1001 saqqal...

İlk bığ saxlama adəti hansı dövrə təsadüf edir?

Miladdan öncə 2650-ci ilə aid əsərlərdə Misirdə kişilərin dodaqlarının üstündəki tükləri qələm incəliyində saxladıqları görünür. Bugünlərdə dəbə düşən "Ayhan İşık bığı” kimi... Misirlilərin bığ saxlamaqlarının səbəbi  heykəllərini düzəltdikləri pişiklərə olan heyranlıq idi. Amma...

Bədən tüklərinə pis baxan və heyvani bir şey kimi görən firoun Tikikenkola "tük qadağası” ilə miladdan öncə 1800-cü illərdə saqqal və bığın kitabını bağladı. Fəqət krallar və kraliçalar bu dəfə qızıl və gümüşdən "postiş” adını verdikləri saqqal, bığ taxmağa taxmağa başladılar. Kraliça Hatşepsutun taxma bığ-saqqalı məşhur idi.

Hamı Misirlilər kimi saxta saqqalla, bığla gəzmədi. Assuriyalılarr miladdan öncə yeddinci yüzillikdə saqqal və bığlarını xınayla boyayıb qızıl tozu yaxardılar. Farslar gözə gəlimli uzun bığlarını qızılı rəngə boyayardılar.

Müharibə də oldu

İlk saqqal-bığ müharibəsi Farslarla Tatarlar/Türklər arasında oldu. Tatarlar təmizkarlıq səbəbilə bığ-saqqala qarşı idilər. Zamanla dəyişibmiş yəqin. Çingiz xan, onun nəvəsi Kubilayın da gücün simvolu kimi sayılan bığları var idi. Macarlar da türklər kimi qəhrəmanları Arpaddan bəri min illərdir bığ saxlayırlar.

Spartalılar bığ saxlamağı qanunlaşdırdı. Qorxaqların bığlarının yarısını kəsdilər.

Yunanlar saqqal olmasa bığ saxlamağa yaxşı baxmırdılar.

Romalılar savaşdıqları olduqca uzun bığlı Qotlar, Qalliyalılar, Saksonlar, Franklar ucbatından bığa nifrət etdilrə. Beləcə təraş zamanı ilk dəfə isti su, ülgüc, yağlı krem istifadə edən romalılar oldu.

Çinli kişilərdə bugün bığ elə də çox deyil. Amma Konfitsu "bığsız adam ruhsuzdur” demişdi. Çinin tarixi filmlərində millətçilərin bığına bənzər "Fu Manchu” bığı məşhur idi.

Ərəblər bığ-pişik əlaqəsini başqa bir tərzdə dəyərləndiriblər. "Bığsız adam quyruqsuz pişiyə bənzəyər”.

Şübhəsiz ki, zaman keçdikcə dinin simvoluna çevrilən bığ XV yüzillikdə İngilis qanunları kişilərin üst dodağındakı tüklərini qırxmalarını məcburiyyətə çevirdi. "Bütün kişilər dodaqlarının üstünü təraş etməli, əks təqdirdə düşməndirlər”.

Protestantların katoliklərə etiraz kimi bığ saxladıqlarını bilirdiniz?

XVIII yüzillikdə Qərblilər saqqaldan, bığdan tamamən imtina etmişdilər.

Gələk İslam dünyasına.

Hz. Məhəmməd möminlərin xristianlardan, yəhudilərdən, zərdüştilərdən fərqlənmələri üçün bığlarını az, saqqallarını isə uzun saxlamaqlarını dedi. Amma bığ İslamda həmişə mübahisə mövzusu oldu.

İmam Malik bığın qısaldılmasının tərəfdarı idi.

Hənbələ görə bığın qısaldılması ilə təraş olunması arasında fərq yox idi.

Tirmizi peyğəmbərin "bığını qısaltmayan bizdən deyil” dediyini nəql etmişdi.

Hənəfilər kişilərin bığlarını uzatmalarını xoş qarşılayırdılar.

Əslində dinlərin çoxunda təkcə bığ saxlamaq deyə bir şey yoxdur.

Saqqallı olub bığ saxlamayan dindarlar da var. Məsələn, İŞİD ya da xristian Amiş və Hüttərcilər kimi.

Siyasətçi bığı da var. Amerikalıla Martin Lüter kimi üzü təmiz ağ adamlardan fərqlərini göstərmək üçün bığ saxlayırdılar.

Braziliyada Senarto prezidenti lopa bığlı Jose Sarney Costaya etiraz kimi kişilər bığ aksiyası keçirtdilər. Argentinadan Meksikaya qədər faşist liderlərin bığları aksiyaların simvolları oldu.

Bu gün dünyada bığ-saqqal xüsusilə də homoseksualların ucbatından dəb oldu.

Xülasə, yəni bığ təkcı dodaq üstündəki bir neçə tük demək deyil, dünya görüşlərinin və seçimlərin simvoludur.



Türkiyənin "Sözçü qəzeti"ndəki Soner Yalçının köşə yazısından seçmələr

Dilimizə çevirdi Eminquey