Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Feysbuk dindir, Mark da bu dinin peyğəmbəri... - SORĞU Adalet.az | Feysbuk dindir, Mark da bu dinin peyğəmbəri... - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Feysbuk dindir, Mark da bu dinin peyğəmbəri... - SORĞU

5620    |   2019-02-05 12:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün feysbukun yarandığı gündür. Əsası 2004-cü ilin fevralın dördündə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkəsidir.

Adalet.az tanınmış şəxslərdən feysbukun onların həyatdakı rolundan, nəyə görə istifadəçi olduqlarından münasibət öyrənib. Cavabları təqdim edirik.



Xalq artisti Nurəddin Mehdixanlı: "Yaşadığım mühiti, dünyanı tanımaqdan ötrü, ətrafımda, ölkəmdə, dünyada yaşayan ayrı-ayrı insanların həyata baxışını, fikrini, düşüncəsini öyrənmək üçün feysbukda varam. İstifadə etməyi bacarsan faydası çoxdur, amma istifadə etməyi bacarmayanda əksi olur. Feysbukda özünü göstərmək, rəftar, düşüncə hər bir insanın daxili aləmi, mədfəniyyətilə bağlıdır. Bəzən doğru olmayan informasiyanın, yalanın yayılması, yalanın həqiqət kimi təqdim olunması halları zərərli tərəflərindəndir. Hər şeyin bir xəstəliyi olduğu kimi, fesbukun da aludəçisi, xəstəsi var. Ağıllı istifadə edəndə faydası çoxdur.”





Tanınmış publisit İradə Tuncay: "Bəzən elə xəbərlər, elə saytlar olur ki, onu feysbuk vasitəsilə izləyirəm və diqqətimi çəkir. Yeni insanlarla tanış oluram. Realda bəlkə də bu qədər adamla tanış olmazsan. Ancaq feysbuk bir küçədir və küçənin bu başından o başına gedəndə nə qədər adamla və fikirlə tanış olursan. Bəzən heyrətlənirsən ki, mən bu adamla niyə indiyə qədər tanış olmamışam. Bu cür müsbət yanları çoxdur. Mənfi tərəfi odur ki, çox yükləyir adamı: dərdlə, qəmlə, problemlərlə... Bəzən olur, eşitmək istəmədiyin xəbər gözünə girir. Bunu görməyə məcbur olursan. Feysbuk bu gün ən ciddi nəsnələrdən biridir. Bunun reallığı ilə barışmaq lazımdı. İndi dünya fesybukun üzərindədir.”




"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: "Feysbuku həm sevirəm, həm də nifrət edirəm. Feysbuk həm yaxşıdı, həm pis. Mark Zukerberqə həm hörmətim var, həm də hirsliyəm ona. On ildir ki, feysbukdayam və ilk illərdə tez-tez deyirdim ki, feysbukun üstünlükləri çoxdur. Bunlardan birincisi, mənə lazım olanı kommunikasiya, sürətli əlaqə, istədiyini, istədiyin adamı, yazını tapmaq. Bu mənim üçün iş prosesində çox vacib oldu. Bu mənada feysbuk dünyanı ovucumuza yerləşdirdi. İnsanları müşahidə etmək, öyrənmək baxımından da mənim üçün maraqlıdır. Son illərdə demək olar ki, hamını tanıyıb, itirmişəm. Mənfi cəhətləri odur ki, vaxtın necə öldüyünü, necə bəzən mənasız keçdiyini hiss etmirsən. Çoxlu tanımadığın, bəzən düşüncəsiz insanların mənasız ittihamlarına rast gəlirsən. Bir də yeni söz çıxıb, müxtəlif trollar. Bu trollar tutaq ki, sistemli qurulmuş olsa da, bəzən də təbii olur. Yəni küyə getmək, kütlə psixologiyası. Bir dəli quyuya bir daş atdı, 100 ağıllı yığışdı, çıxarda bilmədi məsəli kimi.



Tanınmış bəstəkar Rasim Müzəffərli: "İndiki nəsillərin əksəri üçün həyat - real və virtual həyatların vəhdətidir. Facebook mənim virtual həyatımın özüllərindən biridir. Mənim üçün çoxfunksiyalı virtual platformadır - buradan həm ünsiyyət vasitəsi kimi, həm günün nəbzini və ictimai rəyi duymaq üsulu kimi, gənclik illərimə, "Cəngi Birliyi"nə, OZAN qrupuna aid audiovizual materialların tapılması və toplanması, habelə paylaşılması, populyarlaşması üçün imkan kimi, həm elan, məlumat və münasibət lövhəsi kimi, həm arxiv kimi istifadə edirəm."






Teleaparıcı Rahil Sayadoğlu: "Feysbuk mənim həyatımda o qədər böyük rola malikdir ki, onu qısa şəkildə ifadə etməyim mümkünsüzdür. Bura real həyatdan daha maraqlıdır. Məkan və zaman səddi olmadan bu qədər insanla bir damın altında yaşayırıq. Qısa zaman ərzində səsini yüzlərlə, minlərlə adama çatdıra biləcəyin yeganə uğurlu platformadır. Real həyatda səndən asılı olmayan şeylər baş verir. Amma virtual həyatda çox şey səndən asılıdır. Ana səhifəni elə tənzimləyirsən ki, hər şey ürəyincə olur. Mənə görə feysbuk bir dindir, Zükerberq də bu dinin peyğəmbəri.”



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2019-02-17
2019-02-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK