adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Fevral 2019 12:51
6501
MƏMLƏKƏT
A- A+

Qanunsuz ov edənlərdən 6 silah götürüldü

Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə,Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində rayonun Qaxay kəndi ərazisində qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanılmışdır. Onlardan "TOZ” markalı 4 ədəd ov tüfəngi götürülüb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini E.Məhərrəmovdan, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Q.Mirzəyevdən müvafiq sənədləri olmayan 2 ədəd "TOZ” markalı ov tüfəngləri götürülüb.

Araşdırmalar aparılır.