adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Fevral 2019 11:18
8145
GÜNDƏM
A- A+

O səs bizi qələbəyə aparacaq - Şəmistan Əlizamanlının 60 yaşı

Azərbaycanımızın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının 60 illiyidir.

Zəng eləyib onu təbrik elədim. Aramızda qısa bir dialoq oldu.

- Sizi təbrik edirəm!

- Çox sağ ol, Ayxan.

- Düşünürəm ki, siz səsinizlə xidmət etmisiniz...

- Hə, 27 il...

- O səsin altında da mən 1 il xidmət etmişəm

- Mən də o səsin altında 1 il xidmət etmişəm.

- Mən səni də tanıyıram, atanı da tanıyırdım, dost idik...

- Yubiley yaşınızdır. Xüsusi bir tədbir olacaqmı?

- Gələcək günlərdə düşünürük. Yəqin ki, əvvəlcədən məlumat verəcəyik. Sizi də dəvət edirəm.

- 60 yaşda özünüzü necə hiss edirsiniz?

- Əla...

Və yadıma düşdü ki, əsgərlikdə "İgid əsgər” mahnısının sədaları altında sıra addımları ilə gedərkən zabitimiz bizə səslənmişdi:

"Bərkdən oxuyun! Bərkdən! Qoyun səsinizi ermənilər də eşitsin və o səsdən ürksünlər”.

Mən inanmışdım o mahnının sözlərinə. Daha da bərkdən ayaqlarımızı döyürdük və daha bərkdən mahnını oxuyurduq.

Hərbi hissədə eşitdiyim o səs mənə həmişə ümid verirdi. Həmişə o səs məndə güc, dözüm yaradırdı. Deyirdim ki, bu səs içimdəki darıxmağın üstünə kölgə kimi düşəcək, mən o kölgənin altında dincələcəm.

Və Şəmistan Əlizamanlı ilə indicə telefonda danışanda da bu inamım bir az da gücləndi. Bəlkə də bizi güclü edən doğma birisinin səsidir.

Dünya da səsdən yaranıb.