adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Fevral 2019 09:38
10894
İDMAN
A- A+

“Hər bir futbolçudan razı qaldım” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"ylə evdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

Adalet.az "Report”a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı öncə matç haqda danışıb.

- Düşünürəm ki, maraqlı matç alındı. Deyərdim ki, əsl derbidir. Hiss olunurdu ki, hər iki komanda qalib gəlmək istəyir. Bugünkü oyunu gözlləşdirən azarkeşlər oldu. Futbolçularıma nəticəyə baxmayaraq, təşəkkür etmək istəyirəm. Layiqli mübarizə apardılar.

Komandanızın çempionatada hazır olmadığı görünürdü...

- Əlbəttə, çatışmazlıqlar var. Pis oyun göstərmədik. Xeyli düşünülşmüş hücumlar qurduq. 2-3 turdan sonra daha mobil komanda olacağıq.

Qış fasiləsindən əvvəlki və indiki "Neftçi" arasında fərq gördünüzmü?

- Fikir demək tez olar. "Neftçi"də ilk dövrədə olduğu kimi, qalib ruhu hiss olunurdu. Göründü ki, ciddi hazırlaşıblar. Yenə də bizə asan olmadı.

Bordin nəticəni uğurlu saydı. Bəs siz?

- Normal nəticədir. Qalib gəlsəydik, daha yaxşı olardı. Buna rəğmən, qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Rəqib də 3 xallıq fərqi qoruyub saxlamaq istəyirdi və buna nail oldu.

"Qarabağ"a qayıdan Riçard Almeydanın oyunu sizi qane etdi?

- Bəli, Hər bir futbolçudan razı qaldım.